17 Oktyabr 2018 10:06
331
DÜNYA
A- A+

“Forbes” jurnalı: Uorren Baffet ən səxavətli investordur


"Forbes” jurnalının tərtib etdiyi reytinqə görə, ABŞ investoru Uorren Baffet bir il ərzində ən çox ianə edən amerikalılar arasında birinci yerə çıxıb. O, 2017-ci ildə xeyriyyə təşkilatlarına 2,8 milyard dollar yardım edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, jurnalda Uorren Baffetin 2 milyard dollardan çox vəsaiti öz yaxın dostları Bill və Melinda Qeytsin xeyriyyə fonduna keçirdiyi bildirilir. Yerdə qalan məbləği investor mərhum xanımı Syuzan Topmson Baffetin yaratmış olduğu fondun və hər ikisinin övladlarının təsis etdiyi üç təşkilatın arasında bölüşdürüb.

Jurnalın reytinqində 2-ci yerdə Bill və Melinda Qeyts (2,5 milyard ABŞ dolları), 3-cü yerdə milyarder və Nyu-Yorkun sabiq meri Maykl Blumberq (702 milyon ABŞ dolları), 4-cü yerdə "Walmart” supermarketlər şəbəkəsinin yaradıcısı Sem Uolton ailəsi (536 milyon ABŞ dolları), 5-ci yerdə Corc Soros (531 milyon ABŞ dolları), 6-cı yerdə "Facebook”un yaradıcısı Mark Tsukerberq və xanımı Pristsilla Çanın (400 milyon ABŞ dollar) adları qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video