03:59 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Davamlı inkişaf və möhkəm sabitlik
ANA SƏHİFƏ / SİYASƏT
01:15 17.10.2018

Bunlar Azərbaycanın əsas reallıqlarıdır


Şəffaf idarəçiliyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyevin idarəçilik konsepsiyasının diqqəti çəkən əsas tərəflərindən biri görülmüş işlər, o cümlədən qarşıda dayanan vəzifələrlə bağlı ictimaiyyətin məlumatlandırılmasıdır. Bu baxımdan hər rübün və ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclaslarının keçirilməsi həm də iqtidar komandasının xalq qarşısında hesabatıdır.


Dövlət başçısı ictimaiyyətin məlumatlandırılmasını zəruri hesab edir


Bu cür hesabatlar görülmüş işlərin dəyərləndirilməsi, insanlara düzgün və obyektiv çatdırılması, həmçinin yol verilmiş nöqsan və problemlərin aradan qaldırılması baxımından səmərəli vasitədir. Bu günlərdə prezidentlik fəaliyyətinin 15 ili tamam olan cənab İlham Əliyev hər bir məsələdə ictimaiyyətin məlumatlandırılmasını zəruri sayır. Təsadüfi deyil ki, bu dövrdə Nazirlər Kabinetinin iclaslarının, o cümlədən iqtisadiyyatın, kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə bağlı müşavirələrin keçirilməsi ənənə halını alıb.
Belə iclaslar Azərbaycan iqtidarının fəaliyyətindəki şəffaflığın əyani sübutudur. Eyni zamanda bu cür iclaslar təsdiqləyir ki, vətəndaşların iqtidara olan etimadını, həmçinin uğur və nailiyyətləri şərtləndirən mühüm amillərdən biri sosial məsuliyyət prinsipidir. Ən əsası isə odur ki, Prezident
İlham Əliyevin sədrliyi ilə daimi olaraq Nazirlər Kabinetinin iclaslarının keçirilməsi, Azərbaycan iqtisadiyyatında baş verən yeniliklər, nəzərdə tutulan işlər, ölkənin xarici siyasəti, ordu quruculuğu və digər məsələlər barədə geniş hesabatların verilməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.


Bu il dinamik inkişaf təmin edilib


2018-ci il hələ başa çatmasa da, artıq indidən bu ilin Azərbaycan üçün növbəti uğurlu dövr kimi tarixə düşəcəyini söyləmək olar. İlk növbədə bu il respublikamızın iqtisadi inkişafı ilə əlamətdardır. Çünki bir neçə il əvvəl beynəlxalq iqtisadi böhranın nəticəsində yaranmış çətinliklər artıq geridə qalıb. 2016-cı ildən başlanan yeni iqtisadi islahatlar ölkədə xüsusən qeyri-neft sektorunun inkişafını təmin edib. İqtisadiyyatdakı inkişaf 2018-ci ildə də artan templə davam edib. Bu baxımdan 2018-ci ilin ötən dövrü Azərbaycanda iqtisadi inkişafın davamı, islahatların uğurla həyata keçirilməsi ilə yadda qalacaq. Bu dövrdə makroiqtisadi sabitlik bir qədər də möhkəmlənib, xüsusən qeyri-neft sektorunun artımı təmin edilib. Ona görə ötən 9 ay inkişaf templərinin sürətləndirilməsi istiqamətində növbəti uğurlu mərhələ kimi də səciyyələndirilə bilər. Təsadüfi deyil ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı çıxışına 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu qeyd etməklə başladı: "2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.
İclasda səslənən rəqəmlər də Azərbaycan iqtisadiyyatındakı artım templərinin davamlı olmasından xəbər verir. Belə ki, bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru isə 1 faiz artıb. Sənaye istehsalında artım 2 faiz, qeyri-neft sənayesində isə 10,8 faiz təşkil edib. Cəmi iki il əvvəl yaranmış iqtisadi və maliyyə çətinliklərindən ötən qısa müddətdə iqtisadiyyatda artımın müşahidə olunması özlüyündə çox böyük iqtisadi hadisədir. Bu, son illərdə ölkədə düzgün istiqamətdə aparılan iqtisadi islahatların, o cümlədən sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Bu göstəricilər həm də onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr yerinə yetirilir.
Kənd təsərrüfatında da vəziyyət ürəkaçandır. Belə ki, doqquz ayda bu sahədə 4,3 faiz artım baş verib. İnflyasiya cəmi 2,6 faiz, əhalinin gəlirləri isə 9,5 faiz təşkil edib.
Bu da onu göstərir ki, gəlirlər inflyasiyanı 3,6 dəfə üstələyir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna yatırılıb. Azərbaycanın valyuta ehtiyatları isə 45 milyard dollara çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz, qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri: "İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək”.
Dünyada davam edən neqativ proseslərdən qaynaqlanan amillərin təsirinə baxmayaraq, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir. Xüsusən qeyri-neft sektorunun inkişafında başlayan yeni mərhələ artıq yeni iqtisadi uğurların əldə edilməsi ilə müşahidə olunur. Reallıq ondan ibarətdir ki, əgər gələcəkdə də neftin qiymətində kəskin azalmalar baş verərsə belə, bu, Azərbaycan iqtisadiyyatına hər hansı neqativ təsir göstərməyəcək.


Təhlükəsizlik tərəqqinin təməl daşlarından biridir


Dövlətin yüksəlişinin və iqtisadi inkişafının müxtəlif amillərlə yanaşı, həm də daxili sabitliklə və siyasi-ictimai asayişin təmin olunması ilə birbaşa bağlılığı tarixi təcrübədə təsdiq edilən faktordur. Çünki hazırda bir sıra ölkələrin özünün ən yüksək inkişaf dövrünü yaşaması məhz sabitliyin və qanunçuluğun təmini sayəsində mümkün olub. Amma planetimizin mənzərəsi göstərir ki, çağdaş dünyamız hazırda olduqca gərgin və narahat günlərini yaşamaqdadır. İraqda, Suriyada hələ də hərbi-siyasi gərginlik bitməyib. Bütün bunlar, o cümlədən regionda baş verən qanlı hadisələr göstərir ki, sabitlik və təhlükəsizlik hər bir cəmiyyət üçün nə qədər dəyərlidir.
Azərbaycanda əldə edilən bütün uğurlar həm də sabitliyin nəticəsidir. Bu mənada Azərbaycan cəmiyyəti öz sabitliyi, yüksək əhval-ruhiyyəsi və inkişafa meyilli dinamik harmoniyası ilə yalnız fəxr edə bilər. Azərbaycanın sabitliyin etibarlı təminatı, ictimai asayişin qorunması baxımından bölgənin və dünyanın ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması qürurvericidir. Respublikamız sosial-iqtisadi inkişafı ilə yanaşı, həm də asayişin və əmin-amanlığın qorunması baxımından da dünyada öncüllər sırasındadır. "Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır”, - deyə hökumətin iclasında Prezident İlham Əliyev bu barədə bildirib.
Bütövlükdə 2018-ci il Azərbaycan üçün iqtisadi baxımdan böyük uğurlarla zəngindir. Öz növbəsində "Cənub qaz dəhlizi”nin, TANAP-ın, Ələt Beynəlxalq Dəniz Ticarət Limanını istifadəyə verilməsi, üçüncü peykin orbitə buraxılması Azərbaycanın iqtisadi, həm də mühüm siyasi nailiyyətləridir. Çünki bu nəhəng layihələrin işə düşməsi yeni maliyyə mənbələrinin yaranması, ölkəyə valyuta axınının artması, nəticə etibarilə Azərbaycanın inkişafı və xalqın sosial rifahının yüksəlməsi deməkdir. Buna görə həm 2018-ci, həm də qarşıdan gələn növbəti illərin Azərbaycanda yüksəliş dövrləri olacağı şübhəsizdir.

R.CƏFƏRLİ,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM