16 Oktyabr 2018 22:28
244
SİYASƏT
A- A+

“The Washington Times” Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib


Birləşmiş Ştatların nüfuzlu "The Washington Times” qəzeti "Caspian Group Holdings”in direktoru Rob Sobhaninin "Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqaləsini dərc edib. Məqalədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Bakıya tezliklə nəzərdə tutulan səfəri və Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlıqdan bəhs olunur. Müəllif yazır ki, ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib. Cənab Bolton geopolitik cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir. Sobhani qeyd edir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib.

Müəllif daha sonra vurğulayır ki, 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra Prezident Heydər Əliyev qlobal terrorizm təhlükəsinə qarşı mübarizədə ABŞ-ı tam və qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Azərbaycan hərbçiləri İraqda və Əfqanıstanda amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət etməkdə davam edirlər. Heç şübhəsiz ki, cənab Bolton daimi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirəcək. Həmçinin qeyd olunub ki, Con Bolton Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın verdiyi töhfəni alqışlamalıdır.

Sobhani yazır ki, Merilend xeyriyyəçi ərzaq fondu mərhum Prezident Heydər Əliyevin şərəfinə Azərbaycan səfirindən hər il ianə alır. Faktiki olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva (bir çoxları onu şəfqətli birinci xanım adlandırır) amerikasayağı comərdliyi paylaşırlar. Məqalənin sonunda deyilir ki, Mehriban Əliyevanın Birləşmiş Ştatlardakı "Save A Child’s Heart”, "The Urban Alliance” və "Longview School for the Disabled” (əlillər üçün Lonqvyu məktəbi) kimi təşkilatlara xeyriyyə yardımını da qeyd etmək vacibdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video