16 Oktyabr 2018 17:54
631
İDMAN
A- A+

Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur


Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Şurasına üzv ölkələrin idmandan məsul nazirlərinin Tbilisidə keçirilən 15-ci konfransında iştirak edən gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində söyləyib.

"Bununla belə, Azərbaycan tərəfi konfrans çərçivəsində bu mövzularda müzakirələrdə iştirak etməyə hazırdır. Düşünürəm ki, hər bir müzakirə idmanın gələcəyinə və bu sahədəki proseslərin inkişafına böyük təkan verir, – deyə A.Rəhimov vurğulayıb.

Nazir bildirib ki, Avropa Şurasına üzv ölkələrin idmandan məsul nazirlərinin idmanda korrupsiya və danışılmış oyunlarla bağlı ilk konfransı on əvvəl Bakıda keçirilib: "Çox şadıq ki, Avropa Şurasının bu platforması məhz Bakıdan başlayıb. Azərbaycan Avropa Şurasının idmanla bağlı üç konvensiyasına qoşulub. Bunlardan da ən əsası EPAS-dır (Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişi). Azərbaycan beş ölkə arasında bu sənədə qoşulan birinci ölkə olub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video