16 Oktyabr 2018 16:29
371
İQTİSADİYYAT
A- A+

Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib

Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min 34 ton məhsul təhvil verilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min 953 ton çox pambıq tədarük olunub.
Ən çox pambıq yığan üç rayon bunlardır: Saatlı - 17 min 221 ton, Ağcabədi - 13 min 493 ton, Bərdə - 13 min 112 ton.

Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatmışdı. 2017-ci ildə isə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çox olmuşdu.

Bu il 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır. Ümumiyyətlə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında pambıq istehsalının məhsuldarlığın yüksəldilməsi hesabına artırılmasının önəmini vurğulayıb və qeyd edib ki, hər hektardan orta məhsuldarlıq azı 20 sentnerə çatdırılmalıdır.

Dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, dövlət tərəfindən pambığın hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması nəzərdə tutulur.

AZƏRTACrespublikada pambıq tədarükünə dair oktyabrın 16-na olan operativməlumatıtəqdim edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video