16 Oktyabr 2018 13:16
208
CƏMİYYƏT
A- A+

Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Xalq artisti, "Şərəf” və "Şöhrət” ordenli, Prezident təqaüdçüsü, görkəmli aktyor Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi” filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibətilə tədbir keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov rəhbərlik etdiyi kollektivin adından Xalq artisti Rasim Balayevi 70 illik yubileyi münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, "Nəsimi” filmi aktyor Rasim Balayevin kinoda ilk işi olmasına baxmayaraq, bu rolu ona 1974-cü ildə Bakıda keçirilmiş VII Ümumittifaq kinofestivalında "Ən yaxşı kişi rolu” mükafatını qazandırıb, filmin özü isə "Ən yaxşı tarixi film” mükafatına layiq görülüb.
Xalq artisti Rasim Balayev onun yaradıcılığına olan maraq və rəğbətə görə rektor Elmar Qasımova təşəkkür edib. Ali Neft Məktəbinə ikinci dəfə gəldiyini bildirən aktyor BANM-in və bu ali məktəbin kollektivinin onun ürəyində xüsusi yeri olduğunu bildirib. Aktyor tədbir iştirakçılarına rol aldığı filmlər və çəkiliş zamanı yaşanan maraqlı anlardan da söz açıb.
Daha sonra rektor Elmar Qasımov Xalq artisti Rasim Balayevə xatirə plaketi təqdim edib.
Aktyorla görüşdə, həmçinin sənətkarın oynadığı filmlərdən fraqmentlər göstərilib.
Tədbirdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, Azərbaycanın Xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov, C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və Əməkdar artist Xalidə Quliyeva Rasim Balayevin yaradıcılıq fəaliyyətindən danışıblar.
Rasim Balayevlə görüşə böyük həvəs göstərən BANM tələbələri ona maraqlı suallar verib, görkəmli aktyorun səmimi cavablarını dinləyiblər.
Tədbirin sonunda Ali Məktəbin Konqres zalının səhnəsində baş rolda Rasim Balayevin çəkildiyi və rejissoru Həsən Seyidbəyli olan "Nəsimi” tarixi filmi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video