15 Oktyabr 2018 20:22
353
DÜNYA
A- A+

Ər-Riyad Qərbi sərt tədbirlərlə hədələdi



Ər-Riyad Qərbin mümkün sanksiyalarına daha sərt tədbirlərlə cavab verməyə hazırdır. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadən "Bloomberg” agentliyi xəbər verir.
Nazirliyin bəyanatında deyilir ki, "krallıq dünya iqtisadiyyatında aparıcı rol oynayır və Səudiyyə Ərəbistanı özünə qarşı hansısa addımlar atılacağı təqdirdə daha ciddi tədbirlərlə cavab verəcək”. Ər-Riyad həmçinin müxalifətçi jurnalist Camal Qaşıqçının qətli ilə bağlı ittihamları saxta adlandırmışdır.
Xatırladaq ki, Qərb ölkələri ilə Səudiyyə Ərəbistanı arasında münaqişə Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda ehtimal olunan qətli ilə bağlı başlamışdır.
Krallıq haqqında tənqidi məqalələri ilə tanınan Camal Qaşıqçı oktyabrın 2-də Türkiyə vətəndaşı ilə nikah bağlamaq üçün sənədləri tərtib etmək məqsədilə konsulluğa daxil olduqdan sonra yoxa çıxmışdır. Onun xanımını binaya buraxmamışlar və ona beş saat gözlədikdən sonra Qaşıqçının konsulluğu tərk etdiyini bildirmişlər.
Sonradan Türkiyə hökuməti bildirmişdir ki, Qaşıqçının qətli onun qolundakı "Apple Watch” saatı vasitəsilə qeydə alınmışdır. Jurnalistin meyiti diplomatik nömrələri olan avtomobillərdə Türkiyədən çıxarılmışdır. Bu, Ər-Riyadın planlaşdırılmış əməliyyatı olmuşdur.
ABŞ Prezidenti Donald Tramp müxalifətçi jurnalistin qətlində Ər-Riyadın məsuliyyətinin sübuta yetiriləcəyi təqdirdə Səudiyyə Ərəbistanını "sərt cəza ilə” hədələmişdir. Almaniya, Fransa və Böyük Britaniya da səudiyyəlilərdən izahat tələb etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video