15 Oktyabr 2018 19:24
217
İQTİSADİYYAT
A- A+

14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib


Oktyabrın 15-də "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsin (milli standartlaşdırma qurumu) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi" layihəsinin dəstəyi ilə 14 oktyabr - Ümumdünya Standartlar Günü ilə əlaqədar seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülviyyə Abdullayeva, "Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi" layihəsinin rəhbəri Marius Bordalba və başqaları dövlət və biznes qurumlarının iştirakı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasında texniki tənzimləmə və standartlaşdırma sistemində aparılan islahatlardan, ölkəmizdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlərdən, bu islahatların özəl sektor və istehlakçılar üçün əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir. Bu məqsədlərə nail olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən həyata keçirilmiş tədbirlər barədə seminar iştirakçılarına məlumat verilib.

Bu tədbirlər çərçivəsində qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının "Ticarətdə Texniki Maneələr Haqqında Saziş"in tələblərinə uyğunlaşdırılması məqsədilə institut tərəfindən "Texniki tənzimləmə haqqında" Qanunun və "Standartlaşdırma haqqında" yeni Qanunun layihələri Azərbaycan Respublikası Milli Məclisində birinci oxunuşdan keçirilməsi, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması, ölkəmizin standartlaşdırma üzrə beynəlxalq qurumlarda təmsilçiliyinin təmin olunması kimi məsələlər xüsusilə diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video