15 Oktyabr 2018 16:58
273
CƏMİYYƏT
A- A+

Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllində fəallıq göstərirlər


Oktyabrın 15–də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron rayonunun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edən qadınların bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşü açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ailə dəyərlərindən danışıb, onun qorunub saxlanmasının vacibliyini diqqətə çatdırıb. Bildirib ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılıb.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət-ailə siyasətinin əsasının qoyulduğunu diqqətə çatdıran İradə Gülməmmədova hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir. "Birinci vitse-prezident Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir”, - deyən natiq rayonlarda gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə qadınların fəal iştirakından danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında Azərbaycan qadınlarının cəmiyyətin dinamik inkişafında fəallığı ilə seçildiyini deyib. Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə qadınlara yüksək dəyər verib. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Bu gün qadınlar öz vətəndaş mövqeyi, qadın hünəri ilə kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərinə davam edirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də fəallıq göstərirlər. Hazırda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəldilmiş neçə-neçə uğurlu layihə həyata keçirilməkdədir. Regionlara da sirayət edən bu reallıq fəal qadınların üzərinə düşən məsuliyyəti daha da artırır, onların qarşısında yeni vəzifələr qoyur.

Tədbir açıq dialoq formatında davam edib. Qadınları narahat edən bir sıra məsələlər, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video