15 Oktyabr 2018 13:48
233
CƏMİYYƏT
A- A+

DSX: İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hadisə oktyabrın 11-də Xidmətin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən bir nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.

Sərhədçilərin "dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə - İran İslam Respublikasına tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı bir ədəd sarı rəngli kisənin içərisində 10 kiloqram 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərman aşkarlanıb.
Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video