14 Oktyabr 2018 19:11
255
DÜNYA
A- A+

Həsən Ruhani: ABŞ İran xalqının yanında olduğunu bildirir digər tərəfdən isə ona qarşı sanksiyalar tətbiq edir


ABŞ bir tərəfdən İran xalqını dəstəkləyərək onun yanında olduğunu bəyan edir, digər tərəfdən isə İrana qarşı sanksiyalar tətbiq edərək insanları tibbi xidmətdən, yeni təyyarələrdən istifadə etməkdən və yüksək həyat səviyyəsindən mərhum edir.

AZƏRTAC xəbər verir ki, bu sözlər İran Prezidenti Həsən Ruhaninin "Vaşinqton-post” qəzetində dərc olunan məqaləsində yer alıb. İran Prezidenti deyib: "ABŞ-ın sanksiyalar tətbiq edərək xalqı məhrumiyyətə düçar etməsi və onu dəstəklədiyini bildirməsi ikiüzlülük və riyakarlıqdan başqa bir şey deyil”.

Prezident daha sonra bildirib ki, ABŞ-ın 12 il davam edən danışıqlardan sonra 2015-ci ildə əldə edilən razılaşmadan çıxması rəsmi Vaşinqton ilə onun Avropadakı müttəfiqləri arasında dərin ziddiyyətlər yaradıb. Rəsmi Vaşinqtonun qeyri-konstruktiv siyasəti və qeyri-qanuni sanksiyaları onun dünyada təklənməsinə səbəb olub. ABŞ düşünürdü ki, razılaşmadan çıxsa buna qarşılıq olaraq İran da razılaşmaya əməl etməyəcək və bu, ABŞ-a imkan verəcək ki, İrana qarşı siyasətində dünyada özünə müttəfiqlər toplasın. Lakin İran bu addımı atmadı və öz imzasına hörmətlə yanaşaraq razılaşmanı imzalayan tərəflərdən də ona əməl edilməsini tələb etdi. Məhz buna görədir ki, bu gün ABŞ İrana qarşı yürütdüyü siyasətin dəstəklənməsi üçün tərəfdar tapa bilmir.

Prezident vurğulayıb ki, son 250 ildə İran heç bir aqressiv siyasət yürütməyib və heç kimin ərazisinə iddia etməyib. Bundan sonra da İran sülh və əminamanlıq siyasəti aparacaq. O ki, qaldı sanksiyalara İran xalqı bunun öhdəsindən gələcək və ağır zamanlar qısa zaman kəsiyində arxada qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video