14 Oktyabr 2018 00:48
420
İQTİSADİYYAT
A- A+

XII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıb


Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi ("Education 2018”) oktyabrın 13-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, "Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə 12 ölkədən 130-dan çox iştirakçı qatılıb. Tədbirdə ayrı-ayrı ölkələri təmsil edən universitetlər haqqında ətraflı məlumat verilib, şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıqlar təqdim ediblər.

Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunub. Sərgiyə gələnlərə "Məktəbəhazırlıq”, "Olimpiadalara hazırlıq mərkəzi”, "Peşə Təhsili üzrə Dövlət Agentliyi”, "Təhsil” Respublika İdman Mərkəzi”, "Uşaq-Gənclər İnkişaf Mərkəzi”, "SABAH qrupları”, "İçərişəhər ənənəvi incəsənət mərkəzi”, "Sağlam təhsil - sağlam millət”, "Maarifçi” Tələbə Kredit Fondu”, "Məktəblinin dostu”, "Modul tipli məktəblər”, "İT STEP”, "Media Mərkəz-Təhsil TV” və digər stendlər təqdim edilib.

Sərgidə ölkəmizin ali təhsil müəssisələri uğurla iştirak ediblər. Tədbirdə ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti və digər ali məktəblərimiz öz stendləri ilə təmsil olunublar. "Education 2018” sərgisinin "Xaricdə təhsil” sektorunda Rusiya, Türkiyə, Gürcüstan, Latviya və digər ölkələrin təmsilçiləri öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını təqdim ediblər.

Beynəlxalq sərgi çərçivəsində işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr təşkil olunub. Habelə "Rusiya Federasiyasında xarici vətəndaşların təhsil imkanları və üstünlükləri” və digər mövzularda seminarlar keçirilib, hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkanlar yaradılıb.

Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, "Caspian Event Organisers” ("CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. "Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video