13 Oktyabr 2018 17:50
836
Elm və texnika
A- A+

“Amazon” neyroşəbəkəsi istifadəçinin səhhətini müəyyənləşdirəcək

"Amazon" texnoloji nəhəngi səsə görə istifadəçinin xəstəliyini və onun əhval-ruhiyyəsini müəyyənləşdirəcək süni intellekt üçün patent hüququ alıb. Gələcəkdə texnologiyanın "Alexa" səsli köməkçi funksiyasına inteqrasiyası gözlənilir.

AZƏRTAC"Hightech" resursuna istinadla xəbər verir ki, ABŞ-ın tənzimləyici orqanı tərəfindən təsdiq edilən patentdə qeyd olunur ki, texnologiya həkimi əvəz etməyəcək – neyroşəbəkə xırıltı və ya öskürəyə görə istifadəçinin soyuqdəyməsini müəyyənləşdirərək ona dərmanlar sifariş etməyi təklif edəcək.

Məlumata görə, süni intellekt istifadəçinin əhval-ruhiyyəsini onun səs tembri və brauzer tarixçəsi əsasında analiz edəcək. İstifadəçinin daxil olduğu internet səhifələrini öyrənən neyroşəbəkə onun vəziyyətini müəyyənləşdirə biləcək. Məsələn, istifadəçinin sıxıntı və ya kədər hissi keçirməsi ilə bağlı qərar qəbul edəcək. Belə hallarda səsli köməkçi funksiya istifadəçinin məşğul olmaq istədiyi işlə maraqlanacaq və ya filmə baxmağı tövsiyə edəcək.

Gələcəkdə şirkət tərəfindən istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirən texnologiyanın psixi pozğunluğun diaqnostikasında istifadəsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video