13 Oktyabr 2018 17:42
1578
Səhiyyə
A- A+

Qoturluq xəstəliyi və onunla mübarizə üsulları

Qoturluğa dəri xəstəlikləri arasında tez-tez rast gəlinir. Dərinin parazitar xəstəliyi olan və mikroskopik gənələr tərəfindən törədilən bu xəstəlik bütün canlılar arasında yayıla bilər. Çox vaxt qoturluq xəstəliyini neyrodermit, ekzema, kontakt dermatit və psoriaz xəstəlikləri ilə səhv salırlar.

Bu sözləriAZƏRTAC-a müsahibəsində "Caspian International Hospital”ın həkim-dermatoveneroloqu Emil Əlizadə deyib.

Qoturluğa yoluxma riskləri barədə məlumat verən həkim deyib: "Yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. İnfeksion xəstəlik olan qoturluq əsasən insanların çox toplandığı və bir-biri ilə təmasda olduğu məkanlarda daha sürətlə yayılır. Qoturluğa səbəb olan gənələr asanlıqla ailə üzvlərinə də keçə bilər.

Xəstəli ilk olaraq özünü qaşınma ilə büruzə verir və bu əlamətlər 1-6 həftədən sonra meydana çıxır. Qaşınma əsasən axşam saatlarında intensivləşir. İlkin mərhələdə dəridə qoturluq yolları gözə çarpmağa başlayır və 4-6 həftə ərzində bədənin bütün nahiyələrinə yayılır. Qoturluq yolu tünd qara rəngdə və 0,5-1 sm-ə qədər uzunluqda olur. Yolun səthində-gənənin girdiyi və çıxdığı yerdə iki qara nöqtə görünür. Problem ən çox əl barmaqlarının arasında, büküşlər, dirsək, bilək və sağrı nahiyələrində müşahidə edilir. Qoturluq çox vaxt piodermiya xəstəliyi ilə fəsadlaşır, çünki qaşınma zamanı dırnaq sıyrıntıları dərinin tamlığını pozur və irin törədən mikrobların orqanizmə keçməsi üçün şərait yaranır”.

Həkim-dermatoveneroloqun verdiyi məlumata görə, xəstəliyin diaqnozu adətən həkim səpgilərə baxandan sonra qoyulur: "Mikroskopik olaraq dəridə gənə yumurtaları və konkrementləri tapılır. Əgər mikroskopik və biopsiyanın nəticəsi mənfidirsə, bu diaqnozu tamamən inkar etmir. Adətən yoluxmuş orqanizmdə 10 dənədən çox varsa, qızdırmaya da səbəb ola bilər. Bu da infeksiyanı üzə çıxarmağı asanlaşdırır”.

Qoturluğun müalicə olunan xəstəlik olduğunu bildirən Emil Əlizadə deyib: "Onu nə qədər tez aşkar etmək mümkün olsa, müalicə də o qədər də tez və səmərəli aparılar. Müasir müalicə üsulları arasında əsasən losyon və məhlul növlərindən istifadə olunur. Lakin istifadə zamanı həmişə həkimin göstərişlərinə əməl etmək lazımdır. Dərman vasitəsi boyundan aşağı ətrafların barmaqlarına qədər sürtülür, ən azı 8 saat qalır. 7-10 gündən sonra losyon təkrar istifadə oluna bilər. Müsbət nəticə alındıqda, bir-iki sutkadan sonra heç bir yeni səpgi yaranmır”.

Həkimin dediyinə görə, qaşınma müalicədən sonra dərhal dayanmır: "Bu onunla izah olunur ki, bədən hələ də ölü gənələrə, onların yumurtalarına və ifrazatlarına cavab verir. Həmin hal 2-3 həftə davam edə bilər. Qaşınma çox narahat edəndə həkim bununla bağlı təyinat verə bilər, antihistamin və sedativ preparatlarından istifadə etməklə əlamətləri sakitləşdirmək olar.

Xəstəliyin profilaktikasına gəldikdə isə bütün paltarlar, yataq dəstləri, dəsmallar qaynar su ilə yuyulmalı, isti quruducuda qurudulandan sonra istifadə edilməlidir. Yuyulma mümkün olmadıqda plastik paketlərdə 5 gün ərzində bağlı saxlanılmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video