Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

08:36 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
00:08 19.12.2018 9 yaşlı çempion
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda son bir neçə ildə 32 məktəb bağlanıb
Ermənistanda son bir neçə ildə 32 məktəb bağlanıb
ANA SƏHİFƏ / DÜNYA
21:31 12.10.2018

Ermənistanda davam edən sosial, iqtisadi, siyasi böhran ölkənin təhsil sahəsinə də sirayət edib. Son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi şagird çatışmazlığından bağlanıb. İşğalçı ölkənin məşhur psixoloqu Mirdat Madayan bildirir ki, Ermənistanda vəziyyət daha ağır həddə çatacaq.

AZƏRTAC Ermənistanın "İravunq” nəşrinə istinadla məlumat verir ki, hazırda ölkədə bütün sahələrdə özbaşınalıqdır. Mirdat Madayanın nəşrə verdiyi müsahibəsində bildirib ki, Ermənistanda məktəblər haqqında danışmağa dəyməz. Çünki elm və təhsil naziri Arayik Arutunyan ölkədə marixuananın leqallaşdırılmasının tərəfdarıdır.

Psixoloq qeyd edib ki, o məktəbə uşaq göndərmək istəmir. "Qorxuram ki, ona marixuananın niyə zərərli olduğunu başa sala bilməyim”. M.Madayan nazir Arayik Arutunyana narkotik maddələrin leqallaşdırılması əvəzinə məktəblərdəki problemləri aradan qaldırmağı tövsiyə edib. O diqqətə çatdırıb ki, 20 ilə yaxındır Ermənistanda şagirdlər qəzalı binalarda təhsil alırlar. Hökumət büdcədə vəsait çatışmadığını bəhanə gətirərək bu sahədə yenidənqurma işləri həyata keçirmir. Nəticədə infrastruktur tamamilə sıradan çıxıb. Ermənistan təhsilində daha bir problem isə şagird çatışmazlığı ilə bağlıdır. Bunun əsas səbəblərindən biri də miqrasiya ilə bağlıdır.

Erməni psixoloq əlavə edib ki, valideynlər soyuq, qəzalı binalarda uşaq oxutdurmaq istəmirlər. Ona görə də son bir neçə ildə 32 orta ümumtəhsil məktəbi bağlanmalı olub.

Ermənistanın "Hetq” xəbər portalının məlumatına görə, elə məktəblər var ki, orada cəmi 7 nəfər oxuyur. Məsələn, bir neçə kəndi əhatə edən Taşir inzibati dairəsinin ərazisində məktəbdə ikinci sinfə yalnız 1 şagird gedir.

Psixoloq Mirdat Madayan bildirir ki, səhiyyə sahəsində də vəziyyət eynidir. Ölkənin səhiyyə sisteminə nəzarət edən Arsen Torosyan uşaq tabutlarının istehsalının artırılması haqqında olduqca çox danışır. "Belə bir insan Ermənistan səhiyyəsinə rəhbərlik edir. Üstəlik hər iki nazir Paşinyan komandasının fəal üzvüdür”, - deyə psixoloq qeyd edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM