M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı noyabrın 3-də abituriyentləri 2019-2020-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə "Açıq qapı” gününə dəvət edir. Bu barədə AZƏRTAC-a filialdan məlumat verilib.
Tədbir iştirakçıları M.V.Lomonosov adına MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə edə biləcəklər.
"Açıq qapı" günü saat 14.00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun "Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə telefonu: (012) 598-93-32.