Alternative content

08:18 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qasırğa ABŞ hərbi bazasını xaraba qoydu
Qasırğa ABŞ hərbi bazasını xaraba qoydu
ANA SƏHİFƏ / DÜNYA
18:45 12.10.2018


"Maykl” qasırğası ABŞ-ın Florida ştatında "Tindall” hərbi hava bazasına ciddi ziyan vurmuşdur. Bu barədə hərbi hissə məlumat vermişdir.

Məlumatda deyilir ki, təyyarələrə xidmət zonası dağılmışdır. Hər bir tikiliyə ciddi ziyan dəymişdir. Bir çox binalar tamamilə sıradan çıxmışdır. Qasırğa "Tindall” körpüsünü uçurmuşdur.

Hazırda baza bağlanmışdır. Elektrik təchizatı və əsas kommunikasiyalar işləmir. Bununla belə, hərbi obyektin nümayəndələrinin dediklərinə görə, hakimiyyət orqanları hadisəyə dərhal reaksiya vermişdir və kömək gözlənilir.

Xatırladaq ki, "Maykl” qasırğası ötən çərşənbə günü Floridada Meksiko-Biç şəhərindən şimal-qərbə doğru sahili vurmuşdur. Həmin gün küləyin sürəti saatda 250 kilometrə çatırdı. Ekspertlərin hesablamalarına görə, təbii fəlakətin vurduğu maddi ziyan təxminən 30 milyard dollar ola bilər.