Alternative content

08:17 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Uqandada 40 nəfər torpaq sürüşmələrinin qurbanı oldu
Uqandada 40 nəfər torpaq sürüşmələrinin qurbanı oldu
ANA SƏHİFƏ / DÜNYA
18:45 12.10.2018


Uqandanın şərqində torpaq sürüşmələri nəticəsində 40 nəfər həlak olmuşdur. Bu barədə Bududa dairəsinin başçısı Uilson Uatira məlumat vermişdir.

Dairənin sakinləri bildirmişlər ki, torpaq sürüşmələrinə srağagün səhər başlamış leysan yağışları səbəb olmuşdur. Təbii fəlakət qurbanlarının sayı xeyli arta bilər, çünki təsdiqlənməmiş məlumata görə, ucqar rayonlarda yüzlərlə adam itkin düşmüşdür.

Ölkə Prezidenti Yoveri Museveni məlumat vermişdir ki, zərərçəkən bölgəyə axtarış-xilasetmə komandaları göndərilmişdir.