12 Oktyabr 2018 18:42
339
DÜNYA
A- A+

2018-ci ilin on ayı ərzində dünyada 56 jurnalist qətlə yetirilib


Cari ilin yanvarından peşə fəaliyyəti ilə bağlı dünyada 56 jurnalist qətlə yetirilib. Bu, 2017-ci ilin on iki ayından da çoxdur. AZƏRTAC Almaniyanın "DPA” agentliyinə istinadla xəbər verir ki, həmin dövrdə 55 mətbuat nümayəndəsi qətlə yetirilmişdi.

"Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının məlumatına görə, öldürülən jurnalistlərin yarısından çoxu hərbi münaqişə zonalarında qətlə yetirilib. Ən çox mətbuat nümayəndəsi Əfqanıstanda (13), ABŞ və Meksikada (hər birində 6 nəfər) həyatını itirib. Mərkəzi Afrika Respublikasında isə üç rusiyalı jurnalist – Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko qətlə yetirilib.

Bundan başqa, 2018-ci ilin on ayı ərzində vətəndaş jurnalistikasının 10 təmsilçisi və 4 jurnalist köməkçisi də həlak olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video