Alternative content

08:16 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bayıl şosesində tədqiqatlara başlayıblar
Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Bayıl şosesində tədqiqatlara başlayıblar
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:39 12.10.2018

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları paytaxtın Səbail rayonunda, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şosesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı tədqiqatlara başlayıblar.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, aparılacaq kompleks tədqiqatlar zamanı sürüşmənin inkişaf dinamikası, onun istiqaməti, müstəvisi, dərinliyi, sürüşməyə məruz qalan ərazinin ölçüləri və digər problemlər araşdırılacaq.

Xatırladaq ki, bu ilin əvvəlində Bayıl yamacında baş verən sürüşmə ilə bağlı mərkəz tərəfindən bir neçə ay müddətində kompleks tədqiqatlar aparılıb və həmin araşdırmaların nəticəsi Nazirlər Kabinetinə təqdim edilib.