Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

08:34 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
00:08 19.12.2018 9 yaşlı çempion
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aqrar Universitetdə akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü
Aqrar Universitetdə akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:33 12.10.2018

Prezident İlham Əliyevin "Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 22 may tarixli Sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əliyevin xatirəsinə həsr olunan tarla günü keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tarla gününün keçirilməsində məqsəd Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə ADAU-nun Taxıl və paxlalı bitkilər laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin nəticələrini müzakirə və fermerlərə təqdim etmək olub.

Tarla günündə ADAU-nun rayonlaşdırılmış qarğıdalı sortları ("ADAU-80” və "Məhsuldar”) nümayiş etdirilib, yeni qarğıdalı hibridlərinin alınma metodikası təqdim olunub.

Bildirilib ki, təcrübə sahəsində payızlıq taxılların məhsulu yığıldıqdan sonra şum aparılmadan (sıfır-becərmə) qarğıdalı səpilib, nəticədə bir ildə iki dəfə məhsul yığılmaqla bərabər, torpaq və su resursları mühafizə olunub. Həmçinin qlobal istiləşmə yaradan karbon qazı emissiyası azaldılıb, xərclərə qənaət edilib.

Tarla gününü açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov akademik Cəlal Əliyevin həyat yolu, elmi nailiyyətləri, elmi məktəbinin davamçıları, müəyyən etdiyi elmi istiqamətlər üzrə araşdırmaların əhəmiyyəti barədə danışıb.

Qeyd olunub ki, dünyada 150 milyon hektardan çox ərazidə sıfır-becərmə texnologiyası tətbiq olunur. Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sıfır-becərmə və ya torpaqqoruyucu əkinçilik təbii resursları və ətraf mühiti mühafizə edən, biomüxtəlifliyi və təbii bioloji prosesləri canlandıran yanaşma olmaqla, aqroekosistemlərin təkmilləşdirilməsini, dayanıqlı məhsuldarlığı və ərzaq təhlükəsizliyini təmin edən bir sistemdir.

Tarla günündə ADAU-nun aqronomluq fakültəsinin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası, "Region” Agroparkı, "AgroDairy” MMC, "Türyançay” MMC, "Amin” toxumçuluq təsərrüfatı, ətraf rayonların fermerləri və iş adamları iştirak edib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM