Alternative content

08:16 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səudiyyə Ərəbistanının nümayəndələri “Kaşıkçı işini” araşdırmaq üçün Ankaraya gəlib
Səudiyyə Ərəbistanının nümayəndələri “Kaşıkçı işini” araşdırmaq üçün Ankaraya gəlib
ANA SƏHİFƏ / DÜNYA
18:29 12.10.2018

Səudiyyə Ərəbistanının nümayəndələri jurnalist Camal Kaşıkçının itkin düşməsi faktını təhqiq etmək üçün oktyabrın 12-də Ankaraya gəlib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nümayəndə heyəti yaxın iki gün ərzində türkiyəli müstəntiqlərlə görüşlər keçirəcək.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədlərlə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına daxil olub və bundan sonra yoxa çıxıb. Oktyabrın 6-da Türkiyə polisi jurnalistin diplomatik nümayəndəliyin binasında öldürülməsi versiyasını nəzərdən keçirdiyini bildirib. Üç gün sonra Ər-Riyad baş konsulluğun binasında təhqiqat proseduru aparmaq üçün Ankaraya icazə verib. Lakin müstəntiqlər indiyədək konsulluğa gəlməyiblər.

Camal Kaşıkçı Ər-Riyadın hazırkı siyasətinə qarşı tənqidi münasibəti ilə məşhurdur. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist "The Washington Post” qəzetində Səudiyyə Ərəbistandakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.