Alternative content

08:17 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və əhalinin sosial müdafiəsi naziri Şabran rayonunda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Şabran rayonunda vətəndaşları qəbul edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:26 12.10.2018

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl S.Babayev və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Nazir Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi, həmçinin bu sistemin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün görülən işlər barədə məlumat verib. O, ölkəmizin bütün bölgələrində, o cümlədən Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini, son iki ildə bu beş rayonda 30-dan çox fərdi evin inşa etdirilərək həmin vətəndaşlara təqdim olunduğunu deyib.

Qəbulda S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq, yaşadıqları ərazidəki müəssisələrdə vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Nazir dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə artıq başlandığını qeyd edərək bildirib ki, Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da bu il ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib.

Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb. S.Babayev nazirliyin Xaçmaz rayonundakı Əlillərin Regional Bərpa Mərkəzində il ərzində 250 nəfərədək əlilliyi olan şəxsə xidmət göstərildiyini, bir çox reabilitasiya müəssisələrində aparılan əsaslı təmir işlərinin qarşıdakı dövrdə həmin Mərkəzi də əhatə edəcəyini bildirib. O, eyni zamanda, nazirliyin sifarişi əsasında Quba rayonunda günərzi qayğı və Xaçmaz rayonunda icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini, sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan 100-dək uşağın həmin mərkəzlərdə reabilitasiya xidmətləri ilə təmin olunduqlarını diqqətə çatdırıb.