12 Oktyabr 2018 18:19
249
İQTİSADİYYAT
A- A+

“Yaponiya qida məhsulları ixracatı” sərgisində Azərbaycan şirkətlərinin nümayəndələri də iştirak edirlər


Oktyabrın 10-dan 12-dək Yaponiyada ikinci "Yaponiya qida məhsulları ixracatı” sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, Yaponiya Kənd, Meşəçilik və Balıqçılıq Təsərrüfatları Nazirliyinin təşkili etdiyi sərgidə bu ölkədə qida məhsulları istehsalı ilə məşğul olan 600-dən çox şirkət təmsil olunur. Sərgidə ilk dəfə Azərbaycan şirkətlərini təmsil edən 15 nəfərlik nümayəndə heyəti də iştirak edir.

Səfərin təşkilatçısı, "Foodstaff Co.LTD” şirkətinin prezidenti Tsuyoşi Kaneda AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, nümayəndə heyətinin tərkibində Azərbaycanı təmsil edən supermarket və restoranların menecerləri iştirak edirlər. Son illər Bakıda yapon restoranlarının sayının artması sübut edir ki, Azərbaycanda Yaponiyanın qida məhsullarına da böyük maraq var. Səfərin məqsədi də məhz sərgidə nümayiş olunan Yaponiya qida məhsullarının Azərbaycana idxal imkanlarının araşdırılmasıdır. Bu məqsədlə Yaponiya şirkətlərinin nümayəndələri ilə həmin məhsulların Azərbaycana idxalı imkanları barədə fikir mübadiləsi aparılır, ilkin razılaşmalar da əldə olunub.

Azərbaycanlı iş adamları da sərgi barədə fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüblər. Səfərin təşkilatçılarından biri olan "Trevcons” şirkətinin baş direktoru Hüseyn Məmmədov bildirib ki, ilk dəfədir Azərbaycandan 15 nəfərdən ibarət nümayəndə heyəti yapon qida məhsulları sərgisinə qatılıb. Onların arasında həm marketlərin, həm restoranların nümayəndələri, həm də distribüterlər var. Bu səfər keyfiyyəti ilə seçilən yapon ərzaq məhsullarının, içkilərin Azərbaycan bazarına, istehlakçılarımıza çatdırılması baxımından əhəmiyyətlidir. Çalışacağıq ki, ölkəmiz üçün daha optimal, daha uyğun ərzaq məhsulları seçərək bunların Azərbaycana çatdırılmasına nail olaq. İnanırıq ki, yapon biznesi ilə əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq və gələn sərgidə daha geniş tərkibdə iştirak edəcəyik.

"Rahat” marketlər şəbəkəsinin prezidenti Cəlal Babakişiyev də səfərin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib: ”Artıq iki gündür ki, sərgiyə qatılmışıq. Yapon ərzaq məhsulları keyfiyyəti və təbiiliyi ilə seçildiyinə görə, qiymətlər də fərqlidir. Yəqin ki, əlverişli şərtlər daxilində yapon tərəfi ilə biznes qurmağa nail olacağıq”.

"Megastor” marketlər şəbəkəsinin baş direktoru Eşqin İsmayıllı da Yapon məhsullarının keyfiyyəti ilə diqqəti çəkdiyini bildirərək deyib: "Sərgidə təqdim edilən məhsullar, çeşidlərin sayı və bolluğu, keyfiyyəti ilə diqqəti cəlb edir. Düşünürəm ki, bu məhsullar Azərbaycan bazarı üçün də maraqlı olacaq. Çalışacağıq ki, azərbaycanlı istehlakçılara belə keyfiyyətli məhsulları çatdırmağın yollarını tapaq”.

"Safron group” şirkətinin nümayəndəsi Ənvər Qocayev isə qeyd edib ki, səfərin məqsədi Azərbaycan mehmanxanalarına, restoranlara keyfiyyətli ərzaq məhsullarının çatdırılmasıdır. Görüşlərimiz uğurlu alınır və inanıram ki, qarşılıqlı faydalı əlaqələr qurmağa nail olacağıq.

Azərbaycan iş adamlarının sərgidə iştirakı yapon telekanallarının da xüsusi diqqətinə səbəb olub. NHK və TBS telekanalları azərbaycanlı iş adamlarının sərgidə iştirakı barədə xüsusi süjetlər yayıblar. Həmin süjetlərdə Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti, müasir inkişafı, Bakı şəhərinin gözəlliyi barədə yapon tamaşaçılara ətraflı məlumat verilib.
Sərgi oktyabrın 15-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video