Alternative content

08:18 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İsveçrənin Friburq Universitetində “Azərbaycan qadınları” adlı kitabın təqdimatı keçirilib
İsveçrənin Friburq Universitetində “Azərbaycan qadınları” adlı kitabın təqdimatı keçirilib
ANA SƏHİFƏ / Təhsil
18:17 12.10.2018

Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə oktyabrın 11-də İsveçrə Konfederasiyasının Friburq Universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunan, fransız müəllif Jan Lui Quronun qələmə aldığı "Azərbaycan qadınları” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın və müəllif Jan Lui Quronun iştirak etdikləri təqdimat mərasimində Friburq Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da qatılıb.

Təqdimat mərasimində Hicran Hüseynova Azərbaycan qadınlarının keçmişi və bu gününə dair geniş məlumat verib və cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və eyni zamanda, ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illik yubileylərinin qeyd edildiyini diqqətə çatdırıb.

Hicran Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında qadın siyasətinə dair bir sıra vacib qanun layihələrinin zamanında hazırlanaraq parlamentə təqdim edildiyini və onun ictimai-siyasi, mədəni və bir sıra digər sahələrdəki fəaliyyətinin qadınlara daim örnək olduğunu diqqətə çatdırıb.

Azərbaycanda qadınların ölkənin ictimai-siyasi və eləcə də digər sahələrdə fəal rola malik olduqlarını qeyd edən Komitə sədri ölkəmizdə qadınların hazırda nəinki dövlət qurumlarında, həmçinin idman sahəsində fəal olduqlarını, Olimpiya medallarına layiq görülən idmançı qadınların sayının artdığını bildirib.

Təqdimat mərasimində müəllif Jan Lui Quro çıxış edərək "Azərbaycan qadınları” kitabının iki cilddə - "Keçmişin qadınları” və "Bu günün qadınları” başlıqlı olduğunu qeyd edib. Müəllif keçmiş zamanlardan bəri Azərbaycan qadınlarının cəmiyyətdə fəal rol oynadığını vurğulayıb.
Sonda auditoriyanın sualları cavablandırılıb. Kitablar Friburq Universitetinə təqdim olunub.