12 Oktyabr 2018 14:08
693
Təhsil
A- A+

Soydaşlarımız Kaliforniyada Merilend prospektinin Arsax adlandırılmasına etiraz edir


ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək "Arsax” adlandırılmasına etirazla bağlı petisiya hazırlanıb


Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək "Arsax” adlandırılmasına etiraz edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı, artıq diaspor təşkilatlarının etiraz məktubları yayılmaqdadır. Etirazlarda bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və digər sənədlər qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin Arsax adlandırılması, ikili standartların nümunəsidir və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.

Bu haqsızlığın aradan qaldırılması, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir.

http://www.stopprovocation.com/

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video