12 Oktyabr 2018 12:53
1019
PARLAMENT
A- A+

Milli Məclisin növbəti plenar iclası keçirilir


Oktyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-i və 16-da keçiriləcək iclasların gündəliyinə 54 məsələ daxil edilib.
Əvvəlcə cari məsələlər müzakirə edilib.
Sonra iclasda "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşda nəzərdən keçiriləcək. Eyni zamanda, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Torpaq bazarı haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında” (birinci oxunuş), "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Dövlət rüsumu haqqında" (birinci oxunuş), "Baytarlıq haqqında" (birinci oxunuş), "Fitosanitar nəzarəti haqqında" (birinci oxunuş), "Yeyinti məhsulları haqqında" (birinci oxunuş), "Təhsil haqqında" (ikinci oxunuş), "Tütün və tütün məmulatı haqqında" (ikinci oxunuş), "Televiziya və radio yayımı haqqında" (ikinci oxunuş), "İctimai televiziya və radio yayımı haqqında" (ikinci oxunuş), "Teatr və teatr fəaliyyəti haqqında" (ikinci oxunuş), "Banklar haqqında" (ikinci oxunuş), "İpoteka haqqında" (ikinci oxunuş), "Lotereyalar haqqında" (ikinci oxunuş), "İnzibati icraat haqqında" (ikinci oxunuş), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" (ikinci oxunuş), "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" (ikinci oxunuş),"Pasportlar haqqında" (ikinci oxunuş), "Bələdiyyələrin statusu haqqında" (ikinci oxunuş),"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" (ikinci oxunuş), Azərbaycan Respublikasının "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" (ikinci oxunuş), "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" (ikinci oxunuş) qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə"də, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də (birinci oxunuş) dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

Bundan əlavə iclasda Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Vergi, Gömrük, Mülki məcəllələrdə dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.

"Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında", "Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya dəyişikliklərə dair protokolların təsdiq edilməsi barədə”, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” (ikinci oxunuş) qanun layihələri nəzərdən keçiriləcək.

İclasda, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizə sahəsində əməkdaşlıq haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video