Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:53 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan dünyanın müasir nəqliyyat infrastrukturuna malik ölkəsinə çevrilir
Azərbaycan dünyanın müasir nəqliyyat infrastrukturuna malik ölkəsinə çevrilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:18 12.10.2018


Nazirlər Kabinetinin iclasında ölkəmizin bu sahədəki uğurları yüksək qiymətləndirildi


Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ilin əvvəlindən sosial-iqtisadi sahələrdə qazanılan uğurlar, eləcə də yol verilən nöqsanlar geniş müzakirə edilib, ölkənin iqtisadi inkişaf perspektivləri, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Belə vəzifələrdən birinin ölkənin nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi olduğu vurğulanıb.

Müasir dünyada hər bir ölkənin inkişaf parametrlərində nəqliyyat infrastrukturunun əhəmiyyəti xüsusi önəm daşıyır. Azərbaycanda bu istiqamətdə həyata keçirilən nəhəng layihələr təkcə ölkəmiz üçün deyil, dünya üçün də böyük əhəmiyyət daşıyır. Məsələn, Azərbaycanın təşəbbüsü ilə bərpa olunan Tarixi "İpək yolu” Avrasiya kimi geniş bir məkanı özündə birləşdirir. Bu yolla Şərqdən Qərbə və əks istiqamətə daşınan yüklər təhlükəsiz və tez bir zamanda ünvanına çatdırılır.

Hazırda bu dəhliz özünün ilk istismar mərhələsindədir. Yəni, daşınan yüklərin həcmi onun potensialından aşağıdır. Lakin həmin dəhliz vasitəsilə yüklərin daşınması barədə müraciət edən ölkələrin sayı getdikcə artır. Bu, onu göstərir ki, yaxın gələcəkdə Transxəzər nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin həcmi əhəmiyyətli dərəcədə artacaq və bu dəhliz dünyanın aparıcı tranzit marşrutlarından birinə çevriləcək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında son dövrlər bu istiqamətdə həyata keçirilən nəhəng tranzit layihələrin əhəmiyyətini vurğulayaraq demişdir: "Əlbəttə ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi nailiyyətdir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, "Şərq-Qərb nəqliyyat dəhlizi”nin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz, əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır”.

Dövlət başçısı qeyd etmişdir ki, layihənin tam həyata keçirilməsi istiqamətində tərəfdaş ölkələrlə müvafiq danışıqlar aparılır. Ölkəmizin texniki təcrübəsi, yüksəkixtisaslı mütəxəssisləri və maliyyə resursları olduğu üçün Azərbaycanda layihənin həyata keçirilməsi istiqamətində bütün işlər bizim tərəfimizdən aparılır. Bununla yanaşı, Azərbaycan dəhlizlə bağlı qonşu ölkələrdə görülən işlərin maliyyələşməsinə də yardım göstərir. Prezident onu da nəzərə çatdırmışdır ki, tranzit ölkələr təkcə yüksək gəlir əldə etmir, bu, həm də həmin ölkənin dünyada siyasi çəkisini artırır. Yəni "Şimal-Cənub nəqliyyat dəhlizi”nin tam istismara verilməsi Azərbaycana gəlir gətirməklə yanaşı, dünyanın geniş bir regionunda yerləşən ölkələrlə siyasi əlaqələri genişləndirməyə imkan yaradacaq.

Prezident onu da vurğulamışdır ki, regionda baş verən hadisələr, nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə aparılan işlər ölkəmizin siyasi çəkisini yüksək dərəcədə artırıb. Bunun sayəsində Azərbaycan böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib.

Hazırda ölkədə dəmir yolu şəbəkəsinin genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Belə ki, Bakı-Qəbələ dəmir yolunun çəkilişi və Bakı-Yalama dəmir yolunun yenidən qurulması istiqamətində işlər uğurla davam edir. İlin sonuna kimi isə Bakı-Gəncə sürət qatarının işə düşməsi prosesinin başa çatacağı gözlənilir.

Azərbaycanda dəmir yolu, avtomobil, dəniz nəqliyyatı ilə yanaşı, hava nəqliyyatı sahəsində də böyük uğurlar əldə edilib. Hazırda ölkəmizdə müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bu il 5 ulduz statusu ilə dünyanın ən möhtəşəm hava limanları sırasına daxil olub. Eyni zamanda, Azərbaycan uçuşların təhlükəsizliyi üzrə ən yüksək - birinci kateqoriya üzrə statusunu cari ildə də saxlayıb. Bu faktın özü ölkəmizdə mülki aviasiyanın inkişaf səviyyəsini göstərir.

İclasda o da bildirildi ki, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığımız davam edir. Təkcə 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 saziş və memorandum imzalanıb. Beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.


Rüstəm KAMAL,

"Azərbaycan”