Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

18:25 10 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bütün türk dünyasının fəxri
Bütün türk dünyasının fəxri
ANA SƏHİFƏ / Mədəniyyət
00:52 12.10.2018


İsa HƏBİBBƏYLİ: "Çingiz Aytmatov dünya ədəbiyyatında yeni standartlar yaratmış və qırğız ədəbiyyatının əfsanəsinə çevrilmiş qüdrətli sənətkardır”


Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar ədibin vətəni Qırğızıstanda 25 ölkədən gəlmiş 157 nümayəndənin iştirak etdiyi III İssık-Kul Forumu keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumda 157 tanınmış yazıçı və şair, elm xadimləri və ilk dəfə 28 il bundan əvvəl Çingiz Aytmatovun rəhbərliyi ilə keçirilmiş birinci forumun iştirakçısı olan ziyalılar iştirak və çıxışlar edib. III İssık-Kul Forumunun təntənəli açılışında Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov geniş nitq söyləyib. Mərasimdə beynəlxalq təşkilatların rəhbərləri çıxış edərək təbrik sözü söyləyib, Çingiz Aytmatov sənətinin milli və bəşəri dəyərlərindən, müasirlik imkanlarından bəhs ediblər.

Azərbaycan nümayəndə heyəti adından çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli yazıçı və böyük mütəfəkkir Çingiz Aytmatovu dünya ədəbiyyatında yeni ədəbiyyat standartları yaratmış və qırğız ədəbiyyatının əfsanəsinə çevrilmiş qüdrətli sənətkar adlandırıb. Azərbaycanlı alim xalqımızın ümummilli lideri Heydər Əliyevin Çingiz Aytmatov haqqındakı "Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir” sözlərini III İssık-Kul Forumunun iştirakçılarına çatdırıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı Çingiz Aytmatovu "Dostluq” ordeni ilə təltif etməsini xalqımızın və ölkəmizin ona bəslədiyi böyük məhəbbətin və yüksək qiymətin ifadəsi olduğunu göstərib. Akademik İsa Həbibbəylinin nitqində Çingiz Aytmatovun Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət xadimlərindən Qara Qarayev, Rəsul Rza, İmran Qasımov, Bəxtiyar Vahabzadə, Anar, Şahmar Əkbərzadə, Hüseynbala Mirələmovla şəxsi və yaradıcılıq əlaqələrindən, dostluq münasibətlərindən geniş söz açıb, bu əlaqələrin müasir əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri - Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq” Assosiasiyasının rəhbəri Fuad Məmmədov "Çingiz Aytmatov və zamanın çağırışlarına kulturoloji cavab”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, gənc aytmatovşünas Mehman Həsənli "Çingiz Aytmatovun əsərlərində xaos xəbərdarlığı və sülhə çağırış konsepsiyası” mövzularında elmi məruzələrlə çıxış ediblər.

III İssık-Kul Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti adından Çingiz Aytmatovun ev-muzeyinə, Qırğızıstan Respublika Kitabxanasına, böyük yazıçının ailə üzvlərinə və tədbir iştirakçıları olan görkəmli yazıçılara və alimlərə Azərbaycanda böyük sənətkar haqqında nəşr edilmiş kitab, qəzet və jurnallar təqdim olunub.

Azərbaycan nümayəndə heyəti III İssık-Kul Forumunun iştirakçıları ilə birlikdə Çingiz Aytmatovun dəfn olunduğu Ata Beyin tarixi-memorial kompleksə çələngqoyma mərasimində iştirak etmiş, görkəmli yazıçının evmuzeyini olmuşlar.


Yasəmən MUSAYEVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM