12 Oktyabr 2018 00:43
917
Elm və texnika
A- A+

“Avropa Ali Xidmət Ordeni” sahibinə təqdim olundu


Bu günlərdə Mingəçevir Turizm Kollecində keçirilən mərasimdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nümayəndəsi professor Elçin İskəndərzadə kollecin elm və təhsil sahəsindəki nailiyyətlərindən danışaraq vurğuladı ki, Mingəçevir Turizm Kolleci Avropanın böyük təhsil layihələrində fəal iştirakçılar sırasında yer alır. Bu əlaqələr Azərbaycanda, eləcə də respublikamızdan kənarda kollecin imicini artırır.

E.İskəndərzadə çıxışının sonunda fərəhlə bildirdi ki, Avropa mükafatlandırma komissiyası İsveçrədə kollecin direktoru, professor Əyyub Əyyubovu elm və təhsil sahəsində xidmətlərinə görə "Avropa Ali Xidmət Ordeni” ilə mükafatlandırıb.

Elçin İskəndərzadə professoru təbrik etdi, ona pedaqoji fəaliyyətində yeni uğurlar arzuladı, ali mükafatı professor Əyyub Əyyubova təqdim etdi.

Yüksək təltifə görə təşəkkürlərini bildirən professor Əyyub Əyyubov bu mükafatı Azərbaycan elminə, təhsilinə verilən yüksək qiymət kimi dəyərləndirdi.


Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video