11 Oktyabr 2018 21:24
421
SİYASƏT
A- A+

Dağlıq Qarabağ qadınları Anna Hakopyanın bir qrup rusiyalı qadınla İşğal olunmuş ərazilərimizə səfərini pisləyib


Oktyabrın 11-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın Mərkəzi Qərargahında Dağlıq Qarabağ qadınlarının Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın bir qrup qadınla işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfəri və Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh Naminə" kampaniyasına münasibəti mövzusunda konfrans keçirilib və müraciət qəbul edilib.

İcmadan AZƏRTAC-a bildiriblər ki, konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Torpaqlarmızın bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərmizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov çıxış edərək tədbirin keçirilməsini zəruri edən səbəblərdən danışıb. Bildirib ki, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın və bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa səfəri ictimaiyyət tərəfindən qəti şəkildə pislənir. Çünki bu səfər heç bir halda sülhə xidmət etmir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Flora Qasımova da dəfələrlə bədnam qonşularımızın bu cür fitnəkarlıqlardan istifadə etdiyini bildirib. Qeyd edib ki, əgər Ermənistanın baş nazirinin həyat yoldaşı sülh çağırışında səmimidirsə, bunu əməldə təsdiq etməlidir. "Öz ata-baba yurdlarını ziyarətə gedən zaman həbs olunan Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün Ermənistanda girovluqda saxlanırsa, Ermənistan hansı sülhdən danışa bilər”,-deyə deputat vurğulayıb.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Anna Akopyanın sülh çağırışını təxribat adlandıraraq bildirib ki, dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev regionda sabitliyin təmin edilməsi, sülhün bərqərar olması üçün Ermənistana qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmağı məsləhət görüb. Amma Ermənistan hələ də işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov da Anna Akopyanın bu addımını təxribat adlandırıb. Qeyd edib ki, tarixboyu ermənilər xaricdəki havadarlarının köməyi ilə xalqımıza qarşı təxribatlar törədiblər.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov erməni tərəfinin sülh çağırışı ilə bağlı səsləndirdiyi fikirlərin səmimi olmadığını deyib. Qeyd edib ki, hələ də bir milyondan çox insan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Əgər Ermənistan sülh istəyirsə, ilk növbədə, işğalçılıq siyasətindən əl çəkməli, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır.

Tədbirdə çıxış edən xanımlar Anna Akopyanın bu addımını Ermənistan ictimaiyyəti üçün hesablanmış piyar adlandırıblar.

Sonda Dağlıq Qarabağ qadınlarının konfransının beynəlxalq təşkilatlara müraciəti oxunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video