11 Oktyabr 2018 21:23
706
Təhsil
A- A+

Sərgi iştirakçıları BDU-nun təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edəcəklər


Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, "Caspian Event Organisers” ("CEO”) şirkətinin təşkilatçılığı ilə "Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi işini davam etdirir. Dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirən sərgidə Bakı Dövlət Universiteti (BDU) öz stendi ilə təmsil olunur.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayıb və sərginin faydalı olacağına əminliyini bildirib.

Sonra C.Bayramov sərgidə nümayiş olunan stendlərlə, o cümlədən BDU-nun stendi ilə yaxından tanış olub. Stendə baxış zamanı universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verilib. Sonra əyani təcrübələr aparılıb. Universitetin rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın "Quacquarelli Symonds” (QS) şirkətinin ali məktəblərin beynəlxalq reytinq sırasında Azərbaycandan yalnız BDU-nun yer aldığını bildirib. Rektor, həmçinin BDU-nun daha iki beynəlxalq reytinq cədvəlində qərarlaşdığını söyləyib.

Qeyd edək ki, üç gün davam edəcək təhsil sərgisində iştirakçılara BDU-nun bakalavr, magistratura və doktorantura pillələri barədə məlumat veriləcək. Sərgi iştirakçıları universitetin beynəlxalq əlaqələri, ikili diplom, mübadilə, təqaüd və təcrübə proqramları ilə tanış olmaq şansı əldə edəcəklər.

Xatırladaq ki, ötən il keçirilən beynəlxalq təhsil sərgisində BDU "Ən yaxşı informativ nümayişə görə” sertifikatı ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video