11 Oktyabr 2018 21:02
1198
Səhiyyə
A- A+

Londonda Azərbaycan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliyi ilə mübarizə üsulları müzakirə edilib


Oktyabrın 10-da Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan üzrə Ticarət elçisi Baronessa Nikolson Vinterbornun vasitəçiliyi və iştirakı ilə Britaniyanın Oksford Universitetinin professoru, xərçəng araşdırmaları üzrə məşhur britaniyalı alim Deyvid Kerr ilə görüşüb.

Görüş zamanı Baronessa Nikolson Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə tibbin inkişafına ayırdıqları xüsusi diqqət və qayğını alqışlayaraq, onlara dərin ehtiramını və səmimi salamlarını çatdırıb.

Deyvid Kerrin sorğusu əsasında akademik Cəmil Əliyev Azərbaycanda xərçəng xəstəliyinin profilaktikası və tətbiq olunan müalicə üsulları, xərçənglə mübarizədə Milli Onkologiya Mərkəzində görülən tədbirlər, o cümlədən mərkəzin xərçəng xəstəliyindən əziyyət çəkən şəxslərin ömrünün uzadılmasında və sağalma həddinin artırılmasındakı rolu, istifadə edilən avadanlıqlar və təcrübələr (radiologiya, MRI, kimya-terapiya, cərrahiyyə və sairə) barədə ətraflı məlumat verilib. Bu xüsusda, həmçinin Azərbaycanda xərçəng xəstəliklərinin müvafiq növlərinin azalma və artma tendensiyaları barəsində də fikir mübadiləsi aparılıb.

Öz növbəsində D.Kerr, Milli Onkologiya Mərkəzində çoxsaylı müalicə otaqlarının olmasının, hər bir tibbi avadanlıqla təchiz olunan səyyar müalicə maşınlarının bölgələrdə xərçəngdən əziyyət çəkən əhalinin müayinə və müalicəsi üçün göndərilməsi təcrübəsinin, eləcə də mərkəzdə test və müayinədən keçən şəxslərin 70 faizinin xərçəngdən əziyyət çəkən deyil, sadəcə, yüksək diaqnostikadan istifadə edən sadə xəstələr olması faktının təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

Görüşdə Azərbaycanda xərçəng xəstəliyi üzrə mütəxəssis və həkimlərin hazırlığı, təlimi məsələsi də müzakirə edilib. D.Kerr bu məsələyə xüsusi maraq göstərərək gələcəkdə bu sahədə Oksford Universitetinin müvafiq tibbi strukturları çərçivəsində əməkdaşlıq perspektivlərinin mövcud olduğunu qeyd edib. Akademik C.Əliyev ikitərəfli əməkdaşlıq imkanlarının yerində müzakirə edilməsi və Milli Onkologiya Mərkəzini ziyarət etməsi üçün D.Kerrini Azərbaycana səfərə dəvət edib. Dəvət D.Kerr tərəfindən məmnuniyyətlə qəbul olunub.

Görüşün sonunda Oksford Universiteti və Milli Onkologiya Mərkəzi arasında tibbi əməkdaşlıq üzrə anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə edilib.

Yaxın Şərqdə xeyriyyəçiliklə məşğul olan AMAR Beynəlxalq Xeyriyyə Fondunun Londondakı iqamətgahı və Britaniyanın Lordlar Palatasında keçirilən görüşdə AMAR-ın Aparat rəhbəri Endryu Metfen və Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib. Akademik Cəmil Əliyev və AMAR-ın rəhbərliyi arasında bu qurumun İraqda həyata keçirdiyi proqramlar və Azərbaycanın həmin proqramlara mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.

Akademik Cəmil Əliyev Baronessa Nikolsona sonuncunun Bakıya səfərləri zamanı görüşdüyü azərbaycanlı həkim və tibbi personalın dərin rəğbət və ehtiramını çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video