11 Oktyabr 2018 20:54
333
SİYASƏT
A- A+

Milli Məclisin deputatı AŞPA-da azərbaycanlı girovların azad edilməsi məsələsini qaldırıb


AŞPA-nın payız sessiyası çərçivəsində Avropa Şurasının baş katibi çıxış etdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov baş katibin ayrı-ayrı məhbusların azadlığa buraxılması ilə bağlı etdiyi qəti çağırışların, bu istiqamətdə prinsipial mövqeyinin, ardıcıl səylərinin diqqətəlayiq olduğunu bildirib.

Deputat 2014-cü ildə Ermənistan tərəfindən girov götürülmüş və Dağlıq Qarabağda qeyri-qanuni məhkum edilmiş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı baş katibin nəcib müraciətinə Ermənistanın xalq tərəfindən rədd edilən keçmiş rəhbərliyinin biganəlik göstərdiyinə təəssüflənərək soruşub: "Ermənistanın demokratik dəyərlərə sadiqliyini bəyan edən yeni rəhbərliyi qarşısında Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsdən azad edilməsi ilə bağlı məsələni yenidən qaldırmaq haqda Azərbaycanın yüz minlərlə qaçqını və məcburi köçkününün tələbi və israrlı xahişinə nə cavab verərdiniz?”.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland deyib: "Mən bu məsələni dəfələrlə qaldırmışam və Ermənistan tərəfindən xahiş etmişəm ki, əsirlikdə saxlanılan və məhkum edilmiş insanları azad etsinlər. Mən yenə bildirirəm ki, bu məsələ həllini tapmalıdır. Ermənistan Azərbaycan tərəfdən girov götürüb məhkum etdiyi insanları azad etməlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video