Alternative content

08:16 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada 120 milyondan çox insan aclıqdan əziyyət çəkir
Dünyada 120 milyondan çox insan aclıqdan əziyyət çəkir
ANA SƏHİFƏ / DÜNYA
20:49 11.10.2018

Bütün dünya üzrə 120 milyondan çox insan aclıq və ərzaq qıtlığından əziyyət çəkir. Afrika ölkələri bu siyahının ilk sıralarında yer alır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun "Welthungerhilfe” və "Concern Worldwide” qeyri-hökumət təşkilatları ilə birgə dərc etdiyi illik "Ümumi aclıq meyarı” barədə məruzədə öz əksini tapıb.

Məruzəyə əsasən, hazırda 124 min insan aclıqdan əziyyət çəkir, halbuki iki il öncə bu göstərici 80 milyon nəfər idi. Çad, Haiti, Madaqaskar, Serra-Leone, Yəmən və Zambiyada bu problem daha ciddi təhlükə doğurur. Aclıq çəkən əhali ilə bağlı ən gərgin vəziyyət Mərkəzi Afrika Respublikasında qeydə alınıb.

Qeyd edək ki, mart ayında BMT Yəmən, Cənubi Sudan, Somali və Keniyada yaranan vəziyyətin təşkilatın qurulduğu 1945-ci ildən bəri ən böyük humanitar böhrana səbəb olduğunu bildirib. BMT dünya ictimaiyyətinin biganəliyinin insanların aclıq və xəstəliklərdən həlak olması, həmçinin miqrasiyanın artması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.