Alternative content

08:15 24 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
00:53 24.10.2018 Hədəflər dəf olunur
19:45 23.10.2018 Təmizlik sağlamlıqdır
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın mədəniyyət naziri Mərakeşdə ISESKO Baş Konfransının 13-cü sessiyasında iştirak edir
Azərbaycanın mədəniyyət naziri Mərakeşdə ISESKO Baş Konfransının 13-cü sessiyasında iştirak edir
ANA SƏHİFƏ / Mədəniyyət
17:45 11.10.2018

Oktyabrın 11-də Mərakeş Krallığının Rabat şəhərində ISESKO Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, ISESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla ISESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkəmizin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə "Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və oktyabrın 25-26-da ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir həmçinin ölkəmizin sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın sədrliyi çərçivəsində ISESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən ISESKO Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.