11 Oktyabr 2018 17:42
599
Mədəniyyət
A- A+

Heydər Əliyev Mərkəzində Mixail Turetskinin daha bir unikal layihəsi-"Soprano" qrupunun konserti olacaq


"Turetski xoru”nun Heydər Əliyev Mərkəzində möhtəşəm ifalar və maraqlı şou ilə dolu çıxışı ilə yanaşı, Rusiyanın Xalq artisti Mixail Turetskinin daha bir qrupunun Bakıda konserti olacaq. Belə ki, noyabrın 30-da Heydər Əliyev Mərkəzində Mixail Turetskinin "Soprano" art qrupunun ilk dəfə konserti keçiriləcək. Kollektiv Bakıda tamaşaçılara rəngarəng proqram təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, "Soprano” Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda təbiətdə mövcud olan səslərin bütün fərqlilik və zənginliklərinə – ən yüksəkdən (koloratur soprano) tutmuş ən aşağı (mezzo) tembrədək rast gəlmək mümkündür.

Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup konsert proqramlarında musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

"Soprano” bir sıra beynəlxalq idman tədbirlərinin – Soçidə keçirilmiş Formula 1 Qran-pri yarışlarının, futbol oyunlarının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin musiqili səfiri olub.

"Turetski xoru” və "Soprano” art qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. "Soprano” Pekində dünyanın ən böyük teleşoularından olan "Spring Festival Global Gala 2016”da çıxış edib və həmin televiziya efirini 1 milyard tamaşaçı izləyib.

Qeyd edək ki, "Turetski xoru”nun Heydər Əliyev Mərkəzində oktyabrın 10-da keçirilən konserti anşlaq və maraqla izlənilib.

Daha bir gözəl şou-"Soprano" art qrupunun konsertinin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

https://iticket.az/az/events/concerts/the-soprano-group-s-concert/4152

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video