ABŞ-ın cənub-şərq sahilinə zərbə vurduqdan sonra dağıdıcı "Maykl” qasırğası xeyli zəifləmişdir. Bu barədə "Assoşieyted Press” agentliyi xəbər verir.
ABŞ-ın Qasırğaların izlənilməsi üzrə milli mərkəzi xəbər verir ki, "Maykl” hələ də təhlükəlidir və Corciya ştatının Olbani şəhərinin 30 kilometr cənub-qərbindədir. Saniyədə 7,6 metr sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Küləyin maksimal sürəti saniyədə 40,2 metrdir.
"Röyter” agentliyinin xəbərinə görə, Florida, Alabama və Corciyada ümumilikdə 300 mindən çox ev işıqsız qalmış, 400 minə yaxın adam təxliyə edilmişdir.
Floridanın hakimiyyət orqanları iki nəfərin həlak olduğu barədə məlumat verir. Onlardan biri 11 yaşlı uşaqdır.