11 Oktyabr 2018 17:31
366
DÜNYA
A- A+

Milyonlarla suriyalı aclıqdan əziyyət çəkir


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Suriyadakı vəziyyətlə bağlı hesabat dərc etmişdir. Sənəddə bildirilir ki, 2011-ci ildə başlamış hərbi münaqişə və hava şəraiti taxılın azalmasına səbəb olmuşdur: "Cari ildə buğda istehsalı son 29 illə müqayisədə minimuma çatmış və 1,2 milyon ton azalmışdır. Bu, 2017-ci ildə alınmış həcmin üçdə ikisidir”.

Bunun daha bir səbəbi silahlı toqquşmalardır. Belə ki, minlərlə suriyalı fermer evini və zəmilərini tərk etmək məcburiyyətində qalmışdır.

Hesabatda qeyd olunur ki, hazırda təxminən 5,5 milyon suriyalı aclıqdan əziyyət çəkir. Onların ərzaq mallarından ibarət humanitar yardıma ehtiyacı var. Eyni zamanda bu rəqəm ötən illə müqayisədə 20 faiz azalmışdır. Lakin güman ki, İdlibdə 500-800 min adam aclıqdan əziyyət çəkir.

Bundan əlavə bildirilir ki, Suriyada son yeddi ildə ərzaq mallarının qiymətləri 7 dəfə bahalaşmış, işsizlik 60 faizə çatmışdır. Bu isə əhalinin alıcılıq qabiliyyətini minimuma endirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video