11 Oktyabr 2018 16:20
536
Təhsil
A- A+

Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsilə xüsusi diqqət ayrılır



Rusiyanın təqdim etdiyi stenddə ölkənin müxtəlif regionlarının 16 universiteti təmsil olunur. Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsilə xüsusi diqqət ayrılır. Təhsil iki ölkənin humanitar münasibətlərinin mühüm hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Ekspo Mərkəzində XII Azərbaycan beynəlxalq təhsil sərgisində söyləyib.

Səfir deyib: "Rusiya həm texniki, həm də humanitar universitetlərini təqdim edir. Əlbəttə, hər iki istiqamət bərabərdir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. İndiyədək Rusiya universitetlərində 15 minə qədər tələbə təhsil alıb. Bu, həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır”.

Səfir 2015-ci ildə yaradılmış Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyətini qeyd edərək, bu qurum çərçivəsində təşkil edilən tədbirləri, Ufada keçirilən sonuncu görüşdə universitetlər arasında əməkdaşlığın müzakirə edildiyini xatırladıb.

Mixail Boçarnikov Rusiya və Azərbaycan prezidentlərinin Soçidə baş tutan görüşünə toxunaraq deyib: "Bu il Azərbaycan və Rusiya prezidentləri arasında dörd görüşün keçirilməsi olduqca əhəmiyyətlidir və ölkələr arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir. Soçidə imzalanmış sənədlər əməkdaşlığımızı daha da genişləndirəcək. Hazırda Azərbaycanda Rusiyanın iki universiteti - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. İqtisadiyyat nazirlərimiz arasında imzalanan yol xəritəsində Azərbaycanda Rusiya universitetlərinin yeni filiallarının açılması da öz əksini tapıb. Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetləridir”.
Diplomat Bakıda keçiriləcək 6-cı Beynəlxalq Humanitar Foruma Rusiyanın xüsusi önəm verdiyini deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video