Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı deputat Metsamorun təhlükələrini neytrallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb
Azərbaycanlı deputat Metsamorun təhlükələrini neytrallaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb
ANA SƏHİFƏ / SİYASƏT
16:17 11.10.2018

Ayrı-ayrı ölkələr özünü nə qədər böyük, qüdrətli hesab etsələr də, əslində, hamımız kiçik, zəifik. Hamımızın ortaq bir evimiz var. Sanki həm də öz yuvamız olduğunu unudaraq yaratdığımız saysız-hesabsız problemlərlə daim narahat saxladığımız Yer kürəsi. Paradoks olsa da, danılmaz həqiqətdir: bu gün insanlığa qarşı yönələn, məqsədi dünyanı dağıdıb-parçalamaq, gücdən salmaq olan böyük təhlükələr həm də dünyanı daha yekdil, daha mütəşəkkil, daha vəhdətdə etmək üçün əsas vasitəyə çevrilib.

Bu fikirləri AŞPA-nın payız sessiyasında "Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov söyləyib.

Rafael Hüseynov deyib: "XXI əsr elə mürəkkəb tarix mərhələsidir ki, daha heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz. Elə bir dövrə çatmışıq ki, terrorizm, narkotik, nüvə təhlükəsizliyi kimi qlobal problemlərin qarşısında heç bir ölkə təkbaşına duruş gətirmək imkanında deyil. Lap super güclər belə o təhlükələrlə ayrılıqda mübarizə apararaq uğur qazanmaq iqtidarında deyil. Bu ümumi düşmənlərlə, qorxunc təhlükələrlə mübarizədə əl-ələ olmağa, əməkdaşlıq etməyə sadəcə borclu deyilik, məhkumuq”.

Qlobal təhlükəsizlik sistemində başlıca ağırlıq nöqtələrindən birinin nüvə təhlükəsizliyi olduğunu deyən millət vəkili dünya dövlətlərinin nüvə təhlükəsizliyi ilə əlaqədar 250 öhdəliyini xatırladıb. Bildirib ki, onlardan dörddəüçü yerinə yetirilsə də, 60-dan çox öhdəlik həllini gözləyir. Mübarizənin müştərək və birgə aparıldığı zaman böyük və ya kiçik dövlət anlayışı ikinci plana keçir.

Deputat qeyd edib ki, bəzən zahirən kiçik görünən ölkələr nüvə qaçaqmalçılığına şərait yaratmaq, kömək göstərməklə bütün dünyanı ciddi təhlükələrlə qarşı-qarşıya qoya bilər. Danılmaz həqiqət odur ki, böyük dövlətlər adətən daha kiçik dövlətləri forpostuna çevirməyə, onları məqsədlərini həyata keçirməkdən ötrü platsdarma çevirməyə cəhdlər edirlər.

"Geostrateji maraqların kəsişməsində, sərhədlərin qovuşuğunda yerləşən Azərbaycan bu baxımdan xüsusi məna və əhəmiyyət kəsb edir. Müstəqil siyasət aparması, kənar dövlətlərin təsir dairəsinə düşməməsi Azərbaycanı nüvə təhlükəsizliyi uğrunda beynəlxalq birliyin genişmiqyaslı fəaliyyətlərində çox vacib tərəfdaşa yüksəldir. Təsadüfi deyil ki, 2016-cı ilin aprelində Vaşinqtonda nüvə təhlükəsizliyinə dair keçirilən və 50 ölkənin iştirak etdiyi Sammitdə bu cəhət xüsusi vurğulanıb. ABŞ Prezidenti hədsiz ehtiyatlılıq tələb edən həssas reallığı təsvir edərkən belə deyib: "Elə ölkələr var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit məntəqələr ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində iş aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə çox önəmli tərəfdaşdır. Bunlar sadə sözlər deyil, mühüm və çox dəqiq qiymətləndirmədir. Yəni, təsdiq edilir ki, nəzəri cəhətdən təhlükə mənbəyi də ola biləcək bir ölkə mötəbər tərəfdaş kimi özünü doğruldub ümumi işə ləyaqətlə xidmət edir”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

O bildirib ki, Cənubi Qafqazda ciddi narahatlıqlar doğuran bəzi təfərrüatları parlamentarilərin diqqətinə çatdırmaq istəyir.

Deputat deyib ki, Ermənistanın son 26-27 il ərzində işğal altında saxladığı Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 Azərbaycan rayonu beynəlxalq nəzarətdən kənardadır. Həmin "qara zolaq”da narkotiklərin əkilib-becərilməsi və dövriyyəsi, terroristlərin təlim düşərgələrinin yerləşməsi və onların sərbəst hərəkətinin təmin edilməsi, Ermənistanın özünə və üçüncü ölkələrə aid nüvə tullantılarının basdırılması sərt və acı həqiqətlərdir və bunlarla bağlı çoxlu sübutlar var.

Rafael Hüseynov diqqətə çatdırıb ki, Ermənistanda Cənubi Qafqaz, Yaxın və Orta Şərq, eləcə də Avropa üçün nüvə təhlükəsizliyi baxımından dəhşətli fəlakətlər vəd edən daha bir qorxulu mənbə var. Bu, 1976-cı ildə köhnə sovet texnologiyası əsasında inşa edilmiş Metsamor Atom Elektrik stansiyasıdır. O, faktiki olaraq çoxdan ömrünü başa vurub, daimi qəza təhlükəsi altındadır. Digər tərəfdən Metsamor aktiv seysmik zonadadır. Lakin Ermənistan bu nimdaş və həm özü, həm qonşular üçün ölüm təhlükəsi saçan Atom Elektrik Stansiyasını hələ 2026-cı ilə qədər istifadə edəcəyini bildirib.

"Avropanın nüvə təhlükəsizliyi üçün bir çox istiqamətlərdə genişmiqyaslı təhdidlər ocağı olan Ermənistana xüsusi diqqət ayrılmalı, təhlükələrin neytrallaşdırılmasından ötrü təxirəsalınmaz tədbirlər görülməlidir”, - deyə R.Hüseynov avropalı parlamentariləri Metsamor təhlükəsinə son qoymağa çağırıb.