Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:53 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin deputatı AŞPA-da Metsamor stansiyasının təhlükələrindən danışıb
Milli Məclisin deputatı AŞPA-da Metsamor stansiyasının təhlükələrindən danışıb
ANA SƏHİFƏ / SİYASƏT
16:15 11.10.2018

Sovet dövründə Çernobıl qəzası ilə bağlı məlumat verilmirdi. Minlərlə uşaq bu qəzanın qurbanı oldu. Qonşu ölkələr böyük radioaktiv axına məruz qaldılar. Yalnız İsveç bu haqda məlumat verdi. Heç bir ictimai məlumat verilmədi və böyük problemlər məhz bundan yarandı. Hətta Çernobıla köməyə gələn yanğınsöndürənləri müalicə edən həkimlər də bu haqda danışmadılar.

Bu fikirləri AŞPA-nın payız sessiyasında "Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə söyləyib.

O bildirib ki, bu məruzə çox vacibdir. Bir çox nüvə stansiyaları var ki, son dərəcə təhlükəlidir. Belə stansiyalardan biri Ermənistandakı Metsamor stansiyasıdır. Metsamor Çernobıl kimi çox təhlükəlidir. Ermənistanda yeni bir zəlzələ baş verərsə, Avropa demək olar yer üzündən silinəcək. Başa düşürük ki, Avropada enerjiyə böyük ehtiyac var, ancaq Metsamor stansiyasının fəaliyyəti dərhal dayandırılmalıdır. Beynəlxalq səviyyədə belə təhlükəli stansiyalarda qəzalar zamanı nə etməklə bağlı təcili planlar yoxdur.

Deputat deyib ki, Avropa İttifaqı Ermənistan hökumətinə Metsamor ilə bağlı mövqeyini bildirib. Amma bu stansiya istismar edilməkdə davam edir. Ermənistanın keçmiş baş naziri Qran Baqranyan ölkəsinin "çirkli bomba”ya malik olduğunu və ondan Azərbaycana qarşı istifadə edəcəyini bildirmişdi. Bütün Avropa üçün böyük təhlükə olan Metsamor bağlanmalıdır.

Azərbaycan nümayəndə heyətinin üzvü məruzənin müəllifinə Metsamor Atom Elektrik Stansiyasının adını da məruzəyə salmağı təklif edib.