Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:20 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sahibə Qafarova: Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır
Sahibə Qafarova: Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır
ANA SƏHİFƏ / SİYASƏT
16:11 11.10.2018

Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Çernobıl və Fukuşima qəzalarından, eləcə də son dövrdə baş vermiş terror hücumlarından sonra Avropada nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha çox baş qaldırıb.

Bu fikirləri AŞPA-nın payız sessiyasında "Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova söyləyib.

Millət vəkili deyib ki, Avropanın bir çox nüvə obyekti sürətlə yaşlanır. 2018-ci ildə 184 reaktordan 82-si 35 il və ya daha çox müddətdir, altı reaktoru isə 40 ildən çoxdur istismar olunur. Qurğuların saxlanma qaydalarına nə qədər düzgün riayət olunsa da, bu reaktorların ümumi vəziyyəti tədricən pisləşir, ciddi hadisələrin və qəzaların başvermə ehtimalı artır. Belə təhlükələrdən biri də Ermənistanda sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasıdır. Həmin stansiya beynəlxalq etirazlara baxmayaraq, 1995-ci ildə yenidən istismara verilib. Metsamorun yenidən istismarı beynəlxalq ictimaiyyəti, eləcə də Türkiyə, Gürcüstan və Azərbaycan kimi qonşu ölkələri narahat edir. Faktiki olaraq Metsamor AES bütün regionu təhdid edən ciddi təhlükə mənbəyidir. Beynəlxalq ekspertiza rəyləri ilə tanış olduqdan sonra, bu narahatlığın heç də əbəs olmadığını görürük.

Deputat vurğulayıb ki, bu elektrik stansiyasının reaktoru beynəlxalq ekspertlərə görə Sovet İttifaqı və Şərqi Avropa regionunda ən təhlükəli reaktor hesab olunur. Metsamor yüksək seysmik zonada olduğundan daha böyük əlavə problemlər yaradır. Metsamorda reaktoru soyutmaq üçün kifayət qədər su ehtiyatları da yoxdur. Beynəlxalq ekspert qrupu bu stansiyanın beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab vermədiyi üçün təkmilləşdirilə bilməyəcəyini xüsusi qeyd edib. Ekspertlərin qənaətinə əsaslanan Avropa İttifaqı onun dərhal bağlanması və istismardan çıxarılmasını tələb edib. Bütün bu faktları nəzərə alaraq, Azərbaycan tərəfi gələcəkdə baş verəcək hər hansı faciəli qəzanın qarşısını almaq üçün Metsamorun fəaliyyətini dayandırmağa çağırır. Azərbaycan beynəlxalq ictimaiyyətin nüvə təhlükəsi və risklərinin artması ilə bağlı narahatlıqlarını bölüşür. Ölkəmiz müstəqilliyin ilk günlərindən nüvə təhlükəsizliyinin təmin olunmasına böyük əhəmiyyət verir, bu məsələdə beynəlxalq tələblərin heç bir güzəştə yer vermədən icra olunmasını istəyir.

Sahibə Qafarova bildirib ki, Azərbaycan öz ərazisi ilə radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına ciddi diqqət yetirir. Azərbaycan beynəlxalq tərəfdaşlarla əməkdaşlıq kontekstində idxal-ixrac, tranzit dövriyyəsinə nəzarət üçün əla hüquqi baza yaradıb. Ancaq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun müddətdir işğal altında saxlanılması ölkəmizin ərazilərinin əhəmiyyətli bir hissəsinə nəzarət etməyə imkan vermir.

Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq sammitlərdə bir neçə dəfə nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən, Azərbaycanın işğal olunmuş ərazilərinin radioaktiv tullantıların istifadəsi ilə çirkləndirilməsindən narahatlığını ifadə edib.

S.Qafarova xatırladıb ki, Ermənistanın keçmiş baş naziri, millət vəkilləri və digər məmurları bu ölkənin nüvə silahı olduğunu etiraf ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən hərtərəfli araşdırılmalı, müvafiq ölçü götürülməli və Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM