Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səməd Seyidov: AŞPA-da ikili standartlar hələ də davam edir
Səməd Seyidov: AŞPA-da ikili standartlar hələ də davam edir
ANA SƏHİFƏ / SİYASƏT
16:11 11.10.2018

AŞPA-da ikili standartlar hələ də davam edir. Qurumda gedən proseslər buradakı ciddi məsələlərə obyektiv yanaşmaya imkan vermir. "Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən "boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri bir daha göstərdi ki, Azərbaycana, Türkiyəyə qarşı AŞPA-da qeyri-obyektiv, qərəzli mövqelər mövcuddur.
Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib.
Səməd Seyidov qeyd edib ki, Frank Şvabenin təqdim etdiyi məruzədə insan haqları təşkilatlarının adından istifadə edilərək, dövlətlərin ərazi bütövlüyünə müdaxilə etmək cəhdi aydın görünür. Bu, tamamilə beynəlxalq qanunlara ziddir. Müzakirə olunan sənəd əhəmiyyətsiz və AŞPA-nın nüfuzuna xələl gətirən sənəddir. "Əminəm ki, bu sənədin heç bir gələcəyi yoxdur. Qanunun aliliyini qorumaq üçün yaradılmış təşkilat dövlətlərin ərazi bütövlüyü, suverenliyi kimi ən müqəddəs prinsipləri, eləcə də beynəlxalq qanunları pozmaq cəhdini ortaya qoyur. Buna görə də Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin üzvləri buna qarşı çıxdılar”, - deyə S.Seyidov vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, payız sessiyasının bütün məruzələrində iki ölkəyə qarşı qərəzli və tamamilə məntiqsiz ittihamlar gündəmə gətirilib. Azərbaycan həmişə Türkiyənin yanındadır. Türkiyənin problemi bizim problemimizdir. Türkiyəyə qarşı qaldırılmış məsələlər Azərbaycana qarşı olan məsələlərdir. Qardaş Türkiyənin mövqeyini müdafiə etmişik, edirik və edəcəyik.