Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:54 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisi Ermənistan ordusunda intihar hallarının artması ilə bağlı hesabat yayıb
Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisi Ermənistan ordusunda intihar hallarının artması ilə bağlı hesabat yayıb
ANA SƏHİFƏ / DÜNYA
16:07 11.10.2018

Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisi Ermənistan ordusunda intihar və ölüm hallarının artması ilə bağlı hesabat yayıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, hesabatda "məxməri inqilabdan” əvvəl olduğu kimi, hazırda da Ermənistanın hərbi hissələrində ağır vəziyyətin hökm sürdüyü bildirilir. Qeyd edilir ki, müxtəlif hərbi birləşmələrdə "dedovşina” halları artıb. Əsgərlər zorakılığa məruz qalırlar.

Ermənistan mətbuatında dərc olunan yazılara görə, üzləşdiyi dərin iqtisadi böhrandan çıxış yolu tapa bilməyən ölkə hərbi sahədə də iflasa uğrayıb. Belə ki, erməni əsgərlər arasında sui-qəsd hallarının sayı artıb.

Erməni KİV-lərinin Helsinki Vətəndaş Assambleyasının Yerevan Ofisinin hesabatına istinadla yaydığı məlumatlarda bildirilir ki, son insident zamanı Qarabağda hərbi qulluqçu Gevorq Aroyan öldürülüb. Ailəsi iddia edir ki, əsgəri zorakılıqla qətlə yetiriblər. Hərbi prokurorluğun məlumatında bildirilir ki, iyulun 28-də hərbi xidmətə çağırılan Aroyan odlu silahdan özünə atəş açıb. Valideynlərinin sözlərinə görə, övladları ilə sonuncu görüş zamanı onun gözlərinin altında döyülmə izlərini görüblər. Aroyan valideynlərinə əsgərlərin hər işə məcbur edildiyini bildirib.

Hərbi qulluqçunun ailəsi iddia edir ki, Aroyan heç vaxt özünə qəsd etməzdi, onu öldürüblər.

Erməni mətbuatı, həmçinin yazır ki, Ermənistanda siyasi vəziyyət də sabit deyil. Siyasi şərhçilər hesab edirlər ki, Paşinyanın vəziyyəti o qədər də qənaətbəxş deyil. İnsanlar ciddi iqtisadi islahatları, daxili siyasətdəki sabitliyi görmədikləri, eləcə də minimal ödənişlə yaşamağa məcbur olduqları üçün inqilabın xəyal qırıqlığını yaşayırlar.