Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:21 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı deputat AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb
Azərbaycanlı deputat AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb
ANA SƏHİFƏ / SİYASƏT
16:05 11.10.2018

Milli Məclisin deputatı, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Assambleyada məruzəçi Frank Şvabenin hazırladığı "Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən "boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinin üzvlərinə sərt cavab verib. O deyib ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildir Ermənistanın işğalı altındadır və rəsmi Yerevan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, işğal etdiyi torpaqlardan bu günə qədər geri çəkilməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni, məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub. İyirmi beş ildir ki, 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz evlərinə qayıda bilmir. Yəni, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krımdakı vəziyyətdən çox fərqlidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada, sadəcə, separatçılar, terrorçular, Ermənistan əsgərləri var. Yəni, məruzəçinin "boz zona” adlandırdığı həmin bölgələrdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozanlar yaşayırlar. Beynəlxalq insan haqları müdafiəçiləri, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köçkünlərlə görüşməlidir, "boz zona”da onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil. Digər tərəfdən, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunvericiliyinə ziddir.

"Siz Azərbaycan Xarici İşlər Nazirliyinin saytında Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altındakı ərazilərinə, yəni "boz zonalar”a səfər edənlərin adlarına və saylarına baxa bilərsiniz. Onların çoxu Avropa Şurasının üzvü olan ölkələrin təmsilçiləridir. Onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara baxsanız görərsiniz ki, bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı tədbirlər görüb? Heç bir tədbir görməyib. Bütün bunlardan sonra təbii ki, belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq. İşğal edilmiş əraziləri, "boz zonalar”ı nəzarətdə saxlayan işğalçı, separatçı, terrorçular bu günə qədər beynəlxalq təşkilatların, beynəlxalq insan haqları qurumlarının heç bir çağırışına məhəl qoymayıbsa, bu sənədin qəbulundan sonra bu addımı atacaqlarına ümid etmək sadəlövhlük olardı. Məsələn, bir neçə il əvvəl ATƏT böyük bir faktaraşdırıcı missiya yaratdı. Həmin missiya Azərbaycanın işğal altındakı ərazilərində, "boz zonalar”da oldu və məruzə hazırladı. Həmin məruzədə bölgəni işğal altında saxlayan separatçı erməni rejiminə, işğalçı Ermənistana çağırışlar var idi. Amma Ermənistan o çağırışların heç birinə əməl etmədi. Bundan sonra onların insan haqları üzrə nümayəndələrin çağırışlarına əməl edəcəyinə inanmaq, sadəcə, mümkünsüzdür. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş iki azərbaycanlını - Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Hətta AŞPA baş katibinin çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövhlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistanın baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Ona görə də mən hər kəsi bu məsələyə daha ciddi yanaşmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur”, - deyə Q.Paşayeva qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM