11 Oktyabr 2018 15:25
260
DÜNYA
A- A+

Almaniyanın İrandakı səfirinə etiraz notası təqdim olunub


Almaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, Almaniyada həbs olunaraq Belçikaya ekstradisiya edilən iranlı diplomat terror hazırlamaqda ittiham edilir. Lakin nə Almaniya, nə Belçika irəli sürdükləri ittihamın doğru olmasına dair sübuta malik deyillər.

Almaniya səfirinin diqqətinə çatdırılıb ki, diplomat əvvəlcədən planlaşdırılmış işə görə uydurma ittihamlar ilə həbs edilib. Məqsəd isə ondan ibarətdir ki, belə bir həssas məqamda İran ilə Avropa dövlətlərinin münasibətləri pozulsun. İran terrora məruz qalan ölkədir və beynəlxalq terrorçuluqla barışmaz mübarizə aparır.

Səfirə təqdim olunan notada diplomatın həbs edilməsinin beynəlxalq konvensiyaya zidd olduğu nəzərə çatdırılıb və onun Belçikadan geri alınaraq vətəninə qaytarılması tələb olunub.
Almaniyanın səfiri İranın etirazlarını öz hökumətinə çatdıracağını bildirib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video