Ücretsiz php script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış Hacklink satış

Alternative content

21:52 21 Oktyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri İsveçrədə bir sıra görüşlər keçirib
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri İsveçrədə bir sıra görüşlər keçirib
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:47 11.10.2018

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İsveçrə Konfederasiyasında səfərdədir.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü komitə sədri Bern şəhərində İsveçrənin Federal Sosial Sığorta Ofisinin rəhbəri Bruno Parnisari və Federal Gender Bərabərliyi Ofisinin direktoru Silvie Durrer ilə görüşüb.
Görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycanda ailə planlaşdırılması siyasəti, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində atılan addımlar barədə məlumat verilib və bu məsələlərin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən biri olduğu bildirilib. Bundan başqa, görüşlər zamanı Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, o cümlədən qadınlara yaşatdığı iztirablar, yaratdığı problemlərdən bəhs olunub.
Söhbətlər zamanı, həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib.
Görüşlərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.