Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

04:22 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prinsipial siyasət, davamlı inkişaf və iqtisadi islahatların təntənəsi
Prinsipial siyasət, davamlı inkişaf və iqtisadi islahatların təntənəsi
ANA SƏHİFƏ / SİYASƏT
03:00 11.10.2018

İlham Əliyevin yeni strateji konsepsiyasının uğurla həyata keçirilməsi ilə ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlayır


* "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirilib;
* Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib;
* Azərbaycanın 3-cü peyki "Azerspace 2” orbitə göndərilib;
* TANAP-ın açılışı baş tutub;
* Müstəqillik dövrünün ən böyük əfv sərəncamı ilə 634 nəfər azadlığa qovuşub;
* Bakıda 2 dəfə təntənəli hərbi parad keçirilib;
* Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra işğaldan azad edilib;
* Masallı Sənaye Məhəlləsi faəliyyətə başlayıb;
* Mingəçevirdə "ASAN həyat” kompleksi açılıb;
* Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu istehsala başlayıb;
* Sumqayıt Kimya Sənaye Parkının ərazisində polipropilen zavodu açılıb;
* Bakı-Qəbələ dəmir yolunun tikintisinə başlanılıb;
* Ələt-Astara-İran yeni magistral avtomobil yolu istismara verilib;
* Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Lahıca qaz xətti çəkilib;
* 11 rayonda xalça emalatxanası fəaliyyətə başlayıb;
* Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə iki müəssisənin açılışı olub;
* Şamaxıda beynəlxalq standartlara cavab verən şərab zavodu açılıb;
* 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub;
* Valyuta ehtiyatları 45 milyard dollara çatıb;
* Xarici ticarət dövriyyəsi 37 faiz artıb;
* 1200 kilometr yol çəkilib;
* Ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub;
* ÜDM 0,8 faiz, qeyri-neft sənayesi 10,8 faiz, kənd təsərrüfatı 4,3 faiz artıb;
* İnflyasiya cəmi 2,6 faiz təşkil edib;
* Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib;
* 42 tibb müəssisində təmir-tikinti işləri aparılıb;
* Ölkədə 85 min daimi iş yeri açılıb.


Qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilir


Bunlar müstəqil Azərbaycanda ilin 9 ayı ərzində reallığa çevrilən gerçəklikdir, verilən vədlərin yerinə yetirildiyini təsdiqləyən faktlardır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət davam edir.
Doqquz ay müddətində ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirib.
Bu, Prezident İlham Əliyevin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir.
Oktyabrın 9-da Nazirlər Kabinetinin ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin söylədiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Çünki ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilir. Bir sözlə, Azərbaycan bu il də dinamik inkişafını təmin edərək yeni-yeni nailiyyətlərə imza atır.


İqtisadi göstəricilərin yaratdığı reallıq


Nazirlər Kabinetinin iclasında bir daha reallığa çevrilən uğurlara nəzər salan dövlət başçısı qarşıdakı hədəfləri də müəyyənləşdirərək, ciddi tapşırıq və tövsiyələrini verdi.
Ümumiyyətlə, hər il olduğu kimi, bu il də ölkəmizdə iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılıb. Bunu iqtisadi göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görmək olar. Məsələn, doqquz ayda iqtisadiyyatın, yəni, ümumi daxili məhsulun 0,8 faiz, qeyri-neft sektorunun 1 faiz, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz artımı onu təsdiqləyir ki, ölkədə uğurlu sənayeləşmə siyasəti aparılır.
Azərbaycanda idxal artır və bu, əsasən sənayenin inkişafı ilə bağlıdır. İxrac idxalı böyük dərəcədə üstələyir.
Bu inkişaf təkcə sənaye sektorunda deyil, kənd təsərrüfatında da müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin bi sahəyə xüsusi diqqəti öz nəticəsini göstərir. Dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı keçirdiyi respublika müşavirələrində verdiyi tapşırıqlar kənd təsərrüfatında xeyli canlanma yaradıb.
İlham Əliyevin söylədiyi kimi, indi hər kəs kənd təsərrüfatının ardıcıl artımını görür. Doqquz ayda 4,3 faiz artım isə kifayət qədər uğurlu göstəricidir.


45 milyarda yüksələn valyuta ehtiyatları


İlin əvvəlindən bu günədək valyuta ehtiyatlarımız 3 milyard dollar artıb. Hazırda bu rəqəm 45 milyard dollardır. Əgər diqqət etsək görərik ki, son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 25 dəfə artıb.
2003-cü ildə Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramı hazırlanarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Qısa müddət ərzində valyuta ehtiyatlarının 25 dəfədən çox artımı onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Dövlət başçısının söylədiyi kimi, 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.


9 ayda 9 milyard dollarlıq sərmayə


Azərbaycanda yaradılan əlverişli biznes mühiti hər zaman yerli və xarici investorlara geniş imkanlar yaradıb. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşu bunu bir daha təsdiqləyir.
Həm xarici ticarət dövriyyəsi, həm də ixrac 37 faiz artıb. Qeyri-neft ixracı isə təxminən 14 faiz yüksəlib.
Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyata yatırılan 9 milyardlıq vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, əlbəttə ki, iqtisadiyyatın bundan sonra da şaxələndirilməsinə xidmət edəcək.
Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılıb və inflyasiya cəmi 2,6 faiz təşkil edib. Əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. Dövlət başçısının dediyi kimi, inflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, ölkənin maliyyə vəziyyəti çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.


İqtisadi cəhətdən heç kimdən asılı deyilik


Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu, reytinq təşkilatları da hesabatlarını açıqlayarkən göstərilən bu rəqəmlər sayəsində dünya birliyi Azərbaycanın uğurlu inkişafının şahidi olur.
Bir daha hər kəsə bəlli olur ki, Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Əlbəttə bu bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün planlarını həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb: "Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir”.


Gələn ilin büdcəsi həm investisiya, həm də sosialyönümlü olacaq


Dövlət başçısı bu gün Azərbaycanın çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkə olduğunu deyərək vurğuladı ki, verdiyi sözlə əməli arasında heç bir fərq yoxdur. Çünki Azərbaycan Prezidenti hər zaman tam müstəqil və prinsipial siyasət aparır. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyini ortaya qoyur, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetirir. Bütün bunların sayəsində Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir.
İclasda gələn ilin dövlət büdcəsinə də toxunan İlham Əliyev büdcənin həm investisiyayönümlü, həm də sosialyönümlü olacağını bildirdi: "Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, prioritetlər düzgün seçilsin”.
Onu da vurğulayaq ki, bu il regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. Dövlət başçısı gələn ilin əvvəlində növbəti, yəni dördüncü proqramın icrasına başlanılacağını bildirdi. Hazırda sənəd hazırlanır, son mərhələdədir.


Görüləcək işlər və qarşıdakı hədəflər


Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.
Dövlət başçısı vurğuladı ki, bundan sonrakı illərdə də ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Dövlət İnvestisiya Proqramı iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına istiqamətləndirilməlidir.
İlin ikinci yarısında regionlarda reallaşacaq sosial-iqtisadi layihələr də bunu bir daha təsdiqləyir. Beləliklə, ilin sonuna kimi -

* Azərbaycanın Türkiyədəki "Star” neftayırma zavodu istifadəyə veriləcək;
* 137 modul tipli məktəb tikiləcək;
* Açılan aqroparkların sayı 13-ə çatacaq;
* 2800 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin ediləcək;
* İmişli və Şəkidə yeni "ASAN xidmət” mərkəzləri açılacaq;
* Bakı şəhərinə əlavə 300 yeni müasir avtobus gətiriləcək;
* "Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi gözlənilir;
* Bakı-Gəncə sürət qatarının xəttə buraxılması nəzərdə tutulur.


İlin sonuna qədər Dövlət İnvestisiya Proqramı tam icra ediləcək


Ölkəmizdə bu il də iqtisadi sahədə köklü islahatlar davam etdirilir. İlin sonuna isə üç aydan az vaxt qalır. İlham Əliyev əminliklə vurğuladı ki, ilin sonuna qədər nəzərdə tutulan bütün işlər görüləcək, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcək. Çünki cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.
Bunlar müstəqil Azərbaycanın həm də son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM