Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:58 15 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
01:55 15.12.2018 TANAP
01:53 15.12.2018 Bir ildə 6 görüş
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Cənub qaz dəhlizi”nin uğurla başa çatması Azərbaycana yeni imkanlar yaradacaq
“Cənub qaz dəhlizi”nin uğurla başa çatması Azərbaycana yeni imkanlar yaradacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:58 11.10.2018

Prezident İlham ƏLİYEV: "Biz qaz hasilatımızı artıracağıq... Tam hədəfə çatmaq üçün bütün işləri görürük”


Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın enerji sektorunda son dövrdə baş verən önəmli hadisələrdən də bəhs edilmişdir.
Prezident İlham Əliyev bu ilin may ayında Bakıdakı Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışının qeyd edilməsini tarixi hadisə adlandırmışdır. Bundan bir qədər sonra isə Türkiyənin Əskişəhər şəhərində TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilmişdir.
Bu il eləcə də "Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyi olan "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanmışdır. Bununla yanaşı, Azərbaycanın və Gürcüstanın ərazisindən keçərək qazı Türkiyə sərhədinə çatdıran Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihəsi tamamlanmışdır.
Xatırladaq ki, CQBK 2006-cı ildən Azərbaycanı və Gürcüstanı, 2007-ci ilin iyul ayından isə Türkiyəni "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazla fasiləsiz təmin edir. "Cənub qaz dəhlizi” yaradılarkən kəmərin genişləndirilməsi zərurəti meydana gəlmişdir. Genişləndirmə layihəsi Azərbaycanın və Gürcüstanın ərazilərindən keçən 48 düymlük yeni boru kəmərinin, həmçinin Gürcüstanda iki yeni kompressor stansiyasının inşasını əhatə etmişdir.
Bununla da CQBK-nın ötürmə qabiliyyəti 23,4 milyard kubmetrə çatdırılmış, başqa sözlə, qaz nəqlinin ümumi həcmi 3 dəfə artırılmışdır.
Bu layihələr təhlükəsiz şəkildə, qrafikə uyğun və büdcə daxilində həyata keçirilmiş, Türkiyəyə qaz həcmlərinin nəqli nəzərdə tutulduğu kimi iyunun 30-da başlanmışdır.
TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli "Cənub qaz dəhlizi”nin reallaşmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu kəmər Türkiyənin mühüm qitələrarası enerji düyününə çevrilməsində müstəsna rol oynayacaq. TANAP Azərbaycan üçün də böyük önəm daşıyan layihədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) bu layihədə ən böyük iştirak payına malikdir. Onun icrasında lider rolunu inamla öz üzərinə götürmüş və işin öhdəsindən layiqincə gəlmişdir.
Ümumiyyətlə, "Cənub qaz dəhlizi” kimi bir meqalayihənin mürəkkəbliyinə baxmayaraq, eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə onun seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olunmuşdur.
Dəhlizin ən böyük hissəsi
TANAP-dır. Təsadüfi deyil ki, onu "Cənub qaz dəhlizi”nin onurğa sütunu, birləşdirici halqası də adlandırırlar. Bu boru xəttinin marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posof mahalından başlanır. Kəmər Türkiyənin ərazisində 20-dən çox bölgədən, o cümlədən Ərdahan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincandan keçəcək. TANAP-ın uzunluğu 1850 kilometr olacaq.
Birinci fazası istismarda olan kəmərin növbəti fazasının tikintisi də uğurla davam edir. İnşaat işlərinin 97 faizi artıq başa çatıb.
Gələn ilin birinci yarısında TANAP Transadriatik Qaz Boru Kəmərinə (TAP) birləşmək üçün hazır olacaq. Məlum olduğu kimi, TAP "Cənub qaz dəhlizi”nin sonuncu hissəsidir. Bu kəmərin marşrutu Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi məntəqəsindən başlanır. Buradan TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə doğru Adriatik dənizinin sahillərinə istiqamətlənəcək. Xeyli hissəsi suyun altından keçən kəmər İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Burada TAP İtaliyanın qaz nəqli şəbəkəsinə qoşulacaq.
Hazırda TAP-ın da tikintisi müvəffəqiyyətlə davam edir. İnşaat işlərinin təxminən 78 faizi yekunlaşıb. Odur ki, Nazirlər Kabinetinin sözügedən iclasında TAP layihəsinin də icrası ilə bağlı heç bir problemin olmadığı qeyd edilib. 2020-ci ildə bu kəmərlə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.
Xatırladaq ki, "Şahdəniz-2” layihəsi çərçivəsində il ərzində hasil olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri isə Avropaya çatdırılacaq. Hasilat artdıqca ixracın həcminin artacağı da gözlənilir. Belə ki, "Cənub qaz dəhlizi”nin əsas resurs mənbəyi olan "Şahdəniz” yatağı böyük ehtiyatlara malikdir. Onun ehtiyatlarını 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat təşkil edir. İndiyədək yataqdan 94 milyard kubmetrdən çox təbii qaz və 24 milyon ton kondensat hasil olunmuşdur. Ekspertlərin rəyinə görə, "Şahdəniz”də hasil edilməmiş 625 milyard kubmetr qaz və 117,5 milyon ton kondensat ehtiyatı mövcuddur.
Yatağın işlənməsinin ikinci mərhələsi uğurla davam edir. Bu layihənin həyata keçirilməsi Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçının təbii qaza olan ehtiyacını təmin etməyə hesablanmışdır. "Şahdəniz” qazını daşıyan kəmərlər zəncirinin İtaliya ərazisində bitməsinə baxmayaraq, gələcəkdə təbii yanacağın ara keçid boru xətləri vasitəsilə İsveçrəyə, Avstriyaya, Fransaya, Almaniyaya, Belçikaya, hətta Böyük Britaniyaya ötürülməsinin mümkün olacağı da istisna edilmir.
Nazirlər Kabinetinin ilin ötən aylarının sosial-iqtisadi göstəricilərini əks etdirən iclasında da "Cənub qaz dəhlizi” ilə nəql olunan mavi yanacağın getdikcə artacağı vurğulanmışdır. Prezident İlham Əliyev iclasdakı giriş nitqində bu barədə demişdir: "Cənub qaz dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq "Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük”.
Azərbaycan qazının ölkəmizin və Gürcüstanın ərazisindən keçərək TANAP-la nəqlinin müvəffəqiyyətlə davam etməsini "SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) verdiyi məlumat da təsdiqləyir. Belə ki, bu boru kəməri ilə indiyə qədər Türkiyəyə təxminən 400 milyon kubmetr qaz daşınıb. Dekabr ayının sonuna qədər bu həcm 1 milyard kubmetrə çatacaq. Növbəti illərdə qaz nəqlinin artacağı da şübhəsizdir. 2019-cu il ərzində TANAP-la Türkiyəyə 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının daşınacağı gözlənilir.
Prezident İlham Əliyevin dediyi kimi, "Cənub qaz dəhlizi”nin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızı çıxaracağıq. Ondan sonra bunu nəzərə alaraq biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik”.

Flora SADIQLI,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM